Saatlı icra başçısından nümunə

Saatlı icra başçısından nümunə Azərbaycan sürətli inkişaf yolundadır. Bunun əyani sübutu ölkəmizin iqtisadiyyatının inkişafı, əhalinin maddi rifah hazılının yüksək həddə çatması, xarici sərmayənin total şəkildə məmləkətimizə axını, habelə regionların davamlı və analoqu olmayah hədd yüksəlməsidir.

Aydın məsələdir ki, bütün bunlar Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı Cənab Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətin məntiqi nəticəsidir.

Bu gün icra başçısı Siraqəddin Cabbarov böyük əməyi nəticəsində Saatlı rayonu gündən-günə gözəlləşir, abadlaşır.

qanuninfo.az-nun məlumatına görə Saatlı öz inkişafının elə bir tarixi məqamına gəlib çatıb ki, bu Saatlıya yolu düşən hər kəsi heyran qoyur. Bu, Azərbaycanın hər bir vətəndaşında özünün şəhəri ilə bağlı qürur hissi oyadır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Saatlı rayonuna, onun zahiri gözəlliyinə, siyasi, iqtisadı, mədəni inkişafına diqqəti böyükdür.

Saatlını görən insanların hamısı etiraf edir ki, üç-dörd il əvvəl Saatlıda xarici qonaq növbəti dəfə bu şəhərə gələndə onu tanıya bilmədiyini, şəhərin çox sürətlə inkişaf etdiyini söyləyir.

Bu, doğrudan da belədir. Rayon günü-gündən gözəlləşir, hər yanda yenidənqurma, tikinti-abadlıq işləri görülür. Yeni parklar, xiyabanlar, yaxud köhnə parklar o qədər zövq və mədəniyyətlə yenidən qurulur ki, iki göz istəyir tamaşasına dursun. Rayonun kəndlərinə asvalt yol çəkilir, bu sahədə nəhəng işlər görülür. Rayon məhəllə-məhəllə, küçə-küçə yenidən qurulur, görülən işlər göz oxşayır. Bu işlər indinin özündə də uğurla davam etdirilir.

P.S. Saatlıda təqdim etdiyimiz işlərin hələ az hissəsidir. Cənab başçı daim vətəndaşların arasındadır. Bu il aparılan abadlıq və təmir bərpa işləri haqda isə daha ətraflı məlumat verəcəyik.



Saatlı icra başçısından nümunə
Saatlı icra başçısından nümunə
Saatlı icra başçısından nümunə
Saatlı icra başçısından nümunə
Saatlı icra başçısından nümunə

Oxşar xəbərlər