Bəli, bu gün Goranboy rayonunda görülən işlər Prezidentimiz tərəfindən yüksək qiymətləndirilir

Bəli, bu gün Goranboy rayonunda görülən işlər Prezidentimiz tərəfindən yüksək qiymətləndirilir Azərbaycanda hal-hazırda minlərlə xəbər saytları, portallar, informasiya agentlikləri fəaliyyət göstərir.

Bunların məqsədi ölkədə və ölkə xaricində baş verənləri ictimaiyyətə çatdırmaqdır. Lakin bütün xəbər saytları, onların təsisçiləri və əməkdaşları heç də bu məqsədə xidmət etmir. Bəziləri öz şəxsi maraqlarını hər şeydən üstün tuturlar. Bu məqsədə çatmaq üçün tənqidlə təhqiri bilərəkdən qarışdırıb, vəzifəli şəxslərin işgüzar nüfuzuna xələl gətirirlər. Təbii ki, hamı pul qazanmaq, evini çörəklə təmin etmək istəyir. Amma kimsə şər-böhtan, şantaj və təhqir yolu ilə harama gedirsə, bu uzun çəkmir. Bunları elə-belə yazmadım. Belə olan halda peşəsini və dövlətini sevən əsil jurnalistlər isə normal fəaliyyət göstərə bilmirlər.

Əlinə qələm alan, sayt açan, jurnalist adını daşıyan hər bir kəs bilməlidir ki, Haqq yolunu azmaqla haqqa çatmaq olmaz.

Bəli, bu gün Goranboy rayonunda görülən işlər Prezidentimiz tərəfindən yüksək qiymətləndirilir

Mən bu gün bu iki vəhtədi özündə birləşdirən bir azərbaycanlıdan söhbət açacam. O azərbaycanlı ki, ömrünü sadiqliyə və zəhmətə kökləyib, bütün çətinliklərdən, dedi-qodudan üzü ağ çıxıb, evində mükəmməl bir ata, işində yorulmaz rəhbər, nümunəvi icra başçısıdı. Bu şəxs kimidir? Bu şəxs kasıbçılıqla böyüyən, hər kəsin dostu sadə azərbaycanlı Goranboy Rayonu İcra Hakimiyyətinin Başçısı Nizaməddin Quliyevdir. Bu insanı hər kəs tanıyır. Hər kəs onuda bilir ki, maddi-mənəvi problemləri ilə qəbuluna gələn vətəndaşlara yardımçı olmağı özünə borc bilən bir vəzifə sahibidir Nizaməddin müəllim. Bu insan, O qədər məsuliyyətli və diqqətçildirki, hansı rayonda işləməyinə baxmayaraq, həmin rayonun tərəqqisi yolunda əlindən gələni əsirgəmir.

Gəldiyi gündən Goranboy Rayonu İcra Hakimiyyətinin Başçısı Nizaməddin Quliyevin icra başcısı vəzifəsini daşıdığı rayonda görülən işlərin siyahısına nəzər salanda isə rayonda həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.

Bəli, bu gün Goranboy rayonunda görülən işlər Prezidentimiz tərəfindən yüksək qiymətləndirilir

Son günlər Goranboy rayonunda alqışa layiq işlərin görülməsi bir növ rayon sakinlərinin böyük sevincinə səbəb oldu.

Bunlardan əlavə ölkə başçısının rayona olan diqqət və qağısı görülən işlərin bariz nümünəsidir. Etiraf edək ki, Goranboy rayonu cənnətməkana çevrilməklə digər rayon sakinlərini buradakı tərəqqiyə dövlət başçısı tərəfindən verilən yüksək qiymətdən məmnundur. Cənab prezident İlham Əliyev demişdir:

Goranboyun çox gözəl turizm potensialı var. Ümumiyyətlə, hesab edirəm ki, bu zona turizm üçün ən cəlbedici zonadır. Şamaxıdan Balakənə qədər bu, böyük bir turizm zonasıdır ki, indi müasir otellər, əyləncə və istirahət yerləri tikilir. Bu bölgənin inkişafı üçün Qəbələdə bir neçə il bundan əvvəl beynəlxalq aeroport tikilmişdir. Digər qonşu rayonlarda işlər gedir. Gözəl otellər tikilir. Goranboyun da çox gözəl turizm imkanları var. Əminəm ki, biz bu imkanlardan səmərəli şəkildə istifadə edəcəyik”.

Bəli, bu gündə Goranboy rayonunda görülən işlər yüksək qiymətləndirilir. Əlbətdə ki, buda Goranboy Rayonu İcra Hakimiyyətinin Başçısı Nizaməddin Quliyevin tələbkarlığından irəli gəlir. Təəsüflər olsun ki, bəzi quvvələr rayonda ən yüksək səviyyədə göyülən işlərə kölgə salmaq üçün müəyyən metotdlardan istifadə etməyə çalışırlar. Lakin unutmaq lazım deyil ki, rayona el ağsaqqalı təyin olunan Nizaməddin müəllim bütün maneələri dəf edərək rayonun daha da abadlaşması üçün əlindən gələni əsirgəmədi.

Bəli, bu gün Goranboy rayonunda görülən işlər Prezidentimiz tərəfindən yüksək qiymətləndirilir

Bir sözlə, goranboylular Nizaməddin müəllimi sevir və ona olan dərin minnətdarlıqlarını hər zaman bildirəcək. Rayon ağsaqqallarının ölkə mətbuatına müraciəti yuxarıda qeyd etdiklərimizi bir daha isbatladı. İnanırıq ki, Nizaməddin müəllim bundan sonrada daim rayon sakinlərinin yanında olacaq və onların problemlərinin istiqamətində lazımı addımlarını atacaqdır. Ən azından gürülən işlər bunu deməyə əsas verir.

Bu müddət ərzində bu qədər iş görmüş Goranboy camaatı sözün əsil mənasında alqışa layiqdir desək, yəqin ki, diqqətli oxucularımız da bizimlə razılaşarlar.

Elin gözü tərəzidir

P.S..Di gəl, çox təssüflər olsun ki, Nizaməddin müəllimin uğurlarını həzm edə bilməyən qeyri - konstruktiv qüvvələrə xidmət edən bəzi kütləvi informasiya vasitələri onun barəsində hədyan informasiyalar yaymağa çalışırlar. Dövlətçiliyə bunca sadiq adamı az qala mühakimə edən belə üzdəniraq media mənsubları ya bilmirlər, ya da bilərəkdən unudurlar ki, yalan ayaq tutar, yeriməz, müdrik Azərbaycan xalqının gözü tərəzidir, pisi yaxşıdan seçməyi bacarır. Böhtançıların uğursuzluğa məhkumluğu qabaqcadan məlum olan bu cəhdləri könül bulandırmaqdan başqa bir şey deyildir. Yaxşı olar ki, qüvvələrini perspektivsiz məqsədlərə sərf etməkdənsə, tərəqqipərvər qüvvələrin cərgəsinə qoşulub həm ölkənin, həm xalqın, həm də özlərinin xeyrinə iş görsünlər.

Qanuninfo.az olaraq bildirək ki, Goranboy Rayonu İcra Hakimiyyətinin Başçısı Nizaməddin Quliyevin bizim müdafiəmizə ehtiyacı yoxdur




Bəli, bu gün Goranboy rayonunda görülən işlər Prezidentimiz tərəfindən yüksək qiymətləndirilir
Bəli, bu gün Goranboy rayonunda görülən işlər Prezidentimiz tərəfindən yüksək qiymətləndirilir
Bəli, bu gün Goranboy rayonunda görülən işlər Prezidentimiz tərəfindən yüksək qiymətləndirilir
Bəli, bu gün Goranboy rayonunda görülən işlər Prezidentimiz tərəfindən yüksək qiymətləndirilir

Oxşar xəbərlər