ABŞ prezidentindən vacib bəyanat

ABŞ prezidentindən vacib bəyanat ABŞ prezidenti Donald Tramp terrorçu Camal Əhməd Məhəmməd Əli əl-Bədəvinin məhv edilməsini təsdiqləyib.
Tramp təhlükəli terrorçunun ABŞ qüvvələri tərəfindən zərərsizləşdirildiyini bildirib.

“Əl-Qaidə”yə qarşı fəaliyyətimiz davam edir”, - deyə o vurğulayıb.
Bildirilir ki, Camal Əhməd Məhəmməd Əli əl-Bədəvi uzun müddət axtarışda olub. Onun Yəməndə aviazərbə nəticəsində məhv edildiyi deyilir.

Əl-Bədəvi 2000-ci ildə Aden limanında ABŞ-ın “Koul” gəmisinə hücumun təşkilatçılarından biri sayılırdı. Onun həbsinə kömək edəcək məlumat üçün 5 milyon dollar məbləğində mükafat təyin olunmuşdu.

Oxşar xəbərlər