ABŞ-ın “Time” jurnalı İstanbulda Səudiyyə Ərəbistanının baş konsulluq binasında qətlə yetirilən jurnalist Camal Kaşıkçını “İlin adamı” seçib.
“Ölmüş şəxsə ilk dəfədir ki, bu mükafat verilir. Bu barədə jurnalın baş redaktoru Edvard Felsental məlumat verib.
“Time” jurnalı həqiqət uğrunda mübarizə apararkən öz qərəzsiz işlərinə görə hədəfə çevrilən və təzyiqlə üzləşən bir qrup jurnalisti “Keşikçilər”adı altında ilin adamı seçib. Bu siyahıda Kaşıkçı ilə yanaşı Myanmada Rohinya müsəlmanlarına qarşı törədilən vandalizmdən yazan və buna görə də həbs edilən Va Lon və Kyav So, Maria Ressa kimi jurnalistlərin adı var.
ABŞ prezidenti Donald Tramp isə siyahıda ikinci yerdədir. ABŞ-da son iki ilin qalmaqallı prokuroru, Trampın Rusiya ilə əlaqələrini və ABŞ-da keçirilən prezident seçkilərinə Moskvanın müdaxiləsini araşdıran xüsusi prokuror Robert Müller üçüncüdür.