Bakıda sürücülük vəsiqəsi düzəltmək adı ilə dələduzluq edən şəxsə hökm oxunub

Bakıda sürücülük vəsiqəsi düzəltmək adı ilə dələduzluq edən şəxsə hökm oxunub Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Azər Əzizovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb

"Report"un xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 4 il 8 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına əsasən, daha əvvək dörd dəfə məhkumluq həyatı yaşamış A.Əzizov qonşusu, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət aparan, kapitan Səməd Səmədovun qardaşı Fizuli Səmədliyə pul müqabilində sürücülük vəsiqəsi düzəldə biləcəyini deyib. O, Respublika Dövlət Yol Polisi İdarəsində işləyən tanışları vasitəsilə bu işi görəcəyini bildirərək, sonuncudan 860 manat məbləğində pul alıb. Lakin sonradan vədinə əməl etməyib.

Bundan başqa, A.Əzizov təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə S.Səmədovun tanışı Mərdan Məhərrəmovdan 60 manat müqabilində guya sürücülük kursunda iştirak etdiyi barədə qanunsuz sənəd hazırlamaq, 800 manat isə sürücülük vəsiqəsi düzəltmək üçün pul alıb.

Bu yolla A.Əzizov ümumilikdə 10-dan çox adamın pulunu alaraq dələduzluq edib.

A.Əzizov zərərçəkmiş şəxslərin şikayəti əsasında həbs olunub və barəsində həbs qətimkan tədbiri seçilib.

Oxşar xəbərlər