Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Amanə Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Trend xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tədbiq edilib və şərti cəza verilib.
İttihama görə, A.Əhmədova Bakıdan bir qadını Dubaya aparıb cinsi istismara məruz qoyub.
Daha sonra Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsində onun barəsində Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2009-cu ildə axtarış elan edilib və həbs qətimkan tədbiri seçilib.
A.Əhmədova “İnterpol” xətti ilə beynəlxalq axtarış verilib və bu il hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.
A.Əhmədovanın barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.