Əbəs yerə demirlər, sevgi ilə nifrət atasında bir addım var. “Qarabağ klanından yorulan xalqın köməyilə hakimiyyətə gələn və Dağlıq Qarabağ məsələsi ilə bağlı aqressiv çıxışlar edən Nikol Paşinyan gözlənilmədən “Qarabağı qaytarmağa” hazır olmaqda ittiham edilib. Bakı tərəfindən Qarabağ münaqişəsinin həlli ilə bağlı səslənən optimist fikirlər Yerevanda gərgin müzakirələrə səbəb olub.
Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev bir müddət əvvəl bəyan edib ki, Qarabağ münaqişəsinin həlli üçün ən əlverişli vəziyyət yaranıb. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov isə Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan ilə Milanda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar zamanı qarşılıqlı anlaşma əldə olunduğunu deyib.
Bu bəyanatlar Ermənistanda partlamış bomba effekti doğurub. Ermənistanın Respublika Partiyasının sədr müavini Eduard Şarmazanov erməni hakimiyyətindən yaranmış vəziyyət barədə hesabat verməyi və Azərbaycanın son bəyanatlarına dair şərhlərlə çıxış edilməsini tələb edib.
“Son iki gündə Azərbaycan tərəfindən narahatlıq doğuran bəyanatlar səslənir, ancaq Ermənistan hökuməti və baş nazir hələlik susur. Başa düşürəm, yeni hökumət parlamentdə vəzifələrin bölüşdürülməsi prosesi ilə məşğuldur, ancaq təhlükəsizlik məsələləri daha vacibdir”, – Eduard Şarmazanov deyib.
Ermənistan XİN bəyanatla çıxış etməyə tələsdi və bildirdilər ki, ATƏT-in Nazirlər Şurasının Milandakı iclası çərçivəsində Azərbaycan və Ermənistan xarici siyasət idarələrinin rəhbərləri tərəfindən əldə edilmiş razılaşma artıq yayımlanıb. Eyni zamanda, Mnatsakanyan və E.Məmmədyarov yaxın gələcəkdə görüşləri davam etdirməklə bağlı razılığa gəliblər.
Nikol Paşinyan da susqunluğunu pozaraq bildirib ki, Qarabağ məsələsində yeni heç nə yoxdur.
“Bugünkü aktivliyi aşağı adlandırmaq olar”, – o deyib.
Erməni ekspertlər birliyi başqa fikirdədir.
Politoloq Vigen Akopyanın fikrincə, hələlik heç kim Bakının güzəştə gedə biləcəyi məsələlərdən danışmır:
“Bu, o deməkdir ki, gündəlikdə “ərazilərin sülh müqabilində verilməsi” məsələsi var, ancaq qondarma “DQR”in statusu ilə bağlı heç bir məsələ yoxdur”.
Erməni politoloq Anjela Elibeqova hesab edir ki, əgər Azərbaycan tərəfi müsbət ruhdadırsa, bu, o deməkdir ki, erməni tərəfi Azərbaycan üçün əlverişli zəmin yaradıb.
Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova “alova yağ töküb”.
Oxu.Az xəbər verir ki, “Vestnik Kafkaza” nəşrinə açıqlamasında o, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kreativ ideyalar hazırlandığını deyib.
“Belə başa düşürəm ki, qondarma “DQR”in müstəqilliyi məsələsi ləğv edilir”, – erməni politoloq Stepan Danielyan “Facebook” hesabında yazıb.
“Mnatsakanyanın açıqlamasına diqqət yetirin: Bizim əsas vəzifəmiz xalqın təhlükəsizliyidir… “DQR”in müstəqilliyi məsələsi ləğv edilir. Biz qırmızı xəttə çatırıq”, – S.Danielyan bildirib.