Milli Məclisin deputatı, Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Rusiya prezidenti yanında Millətlər Şurasının üzvü, azərbaycanlı oliqarx Söyün Sadıqovun azərbaycanlılar haqqında söylədiyi fikirlərə sərt cavab verib.
A.Əlizadə açıqlamasında bildirib ki, ömründə Azərbaycan xalqı üçün heç bir faydalı iş görməyən Söyün Sadıqovun indi bu cür danışması başadüşülən deyil:
"Ay Söyün Sadıqov, indiyədək sən bu qədər pul qazanmısan, bəs xalq üçün nə etmisən? Heçnə! Misal var ki, oğru elə qışqırır ki, doğrunun bağı çatlayır. Söyün Sadıqov çıxıb ağızına gələni danışır, deyir ki, azərbaycanlıların və ermənilərin qanı qarışıb və sairə. Mən deyirəm ki, qanı erməni ilə qarışan Söyün Sadıqovla qarışandan yaxşıdır".
Deputat Söyün Sadıqovu Rusiyadakı Azərbaycan diasporunu parçlamaqda da ittiham edib:
"Rusiyada yaşayan azərbaycanlılar pərakəndə fəaliyyət göstərirlər. Bunun səbəbkarı "Milyonçular İttifaqı" yaradan adamlar olub. Vaxtilə Rusiyada Azərbaycan Təşkilatı normal fəaliyyət göstərirdi. Sonradan "milyonşular ittifaqı" bu təşkilatı parçaladı, soydaşlarımız arasında pərakənəlik yaratdı. Nəticədə də vahid təşkilat dağılıb getdi. Söyün Sadıqov da Azərbaycan diasporasını parçalayan adamlardan biridir. Çox adam bunlara oliqarx, milyonçu deyir. Amma mən isə onlara oğrular deyirəm".