"AXC-Müsavat hakimiyyətdə olduğu bir il ərzində nə üçün Məhəmməd Əmin Rəsulzadəyə heykəl qoymayıb? Çünki həmin vaxtı xalqı qarət etməklə məşğul idilər. Məgər Məhəmməd Əmin Rəsulzadəyə heykəl qoymağa vaxtları çatmadı? Görünür ki, onlar özlərini Azərbaycan Xalq Cümhuriyyətinin xələfi kimi göstərmək istəyirlər".
Bu sözləri Sfera.az-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, Milli Məclisin deputatı Araz Əlizadə bildirib.
Araz Əlizadə AXCP-Müsavat funksionerlərini Azərbaycan Xalq Cümhuriyyətinin "naxələfi" adlandırıb:
"Çünki Xalq Cümhuriyyətinə rəhbərlik edən insanların ürəkləri xalqına məhəbbət və sevgi ilə döyünürdü. Bunların ürəkləri isə oğurluq və rüşvətxorluqla döyünür. Əlimərdan bəy Topçubaşov Azərbaycanı tanıtmaq üçün Avropada beynəlxalq konfransa gedəndə yolpulu tapa bilmirdilər. Zorla oradan-buradan borc pul tapıb gedirdilər. Ancaq bunların övladları London barlarında ofsiantlara pullar paylayır. Odur ki, mən onlardan xahiş edirəm ki, Azərbaycan Xalq Cümhuriyyəti qurucularının ruhunu incitməsinlər".
Deputat söyləyib ki, radikal müxalifət özlərini gündəmdə saxlamaq üçün Məhəmməd Əmin Rəsulzadə adı üzərində alver edir:
"Kim Məhəmməd Əmin Rəsulzadənin abidəsini görmək istəyirsə, getsin onun doğulduğu Novxanıya. Novxanı da Bakının ərazisidir. Məni bağışlayın, axı bir adama neçə heykəl qoyulmalıdır? Vaxtilə Vladimir Leninə də nə qədər abidə, heykəl qoyulmuşdu, amma sonra hamısı götürüldü.
Müasir Azərbaycan dövlətinin yaradıcısı Heydər Əliyevdir, vəssalam! AXC-Müsavat fəalları istəyir ki, Məhəmməd Əmin Rəsulzadəyə hər yerdə abidə qoyulsun, bunlar da hər yerdə car çəksin ki, müasir Azərbaycanın yaradıcısı Məhəmməd Əmin Rəsulzadə və ya digər şəxslərdir. Birdə gördün ki, sabah gəlib İsa Qəmbərə, Əli Kərimliyə də abidə qoyulmasını dedilər. Mənim atam müasir şərqşünaslıq elminin banilərindən biridir. Ancaq atamın cəmi bir abidəsi var, o da qəbiristanlıqdadır. Bir də atamın abidəsi onun yaratdığı elmi əsərləri və yetişdirdiyi tələbələridir".
Araz Əlizadə ümumiyyətlə, heykəl qoyulmasının bütpərəstlikdən gələn məsələ olduğunu söyləyib:
"Heykəli qoyub sonra yığışdırmağın nə mənası var? Vaxtilə heykəlləri yığışdıranlar məhz Rəsulzadənin tərəfdarları olub. Bilirsiniz, heykəl sənət əsəridir. Sənət əsəri kimi də Məhəmməd Əmin Rəsulzadəyə Novxanıda çox gözəl heykəl qoyulub.
Nə üçün radikal müxalifət Fətəli xan Xoyskiyə, Əlimərdan bəy Topçubaşova deyil, məhz Məhəmməd Əmin Rəsulzadəyə abidə qoyulmasını istəyir? Məgər Fətəli xan Xoyskinin, Əlimərdan bəy Topçubaşovun Azərbaycana xidmətləri Məhəmməd Əmin Rəsulzadədən az olub? Radikal müxalifət ona görə sırf Məhəmməd Əmin Rəsulzadənin adını irəli çəkir ki, Rəsulzadə Müsavat partiyasının lideri olub. Bütün bunlar da bir daha onu göstərir ki, Müsavat boş-boş söhbətlərin başında dayanır.
Mən demirəm ki, Məhəmməd Əmin Rəsulzadənin xidmətləri olmayıb. Sadəcə olaraq Fətəli xan Xoyskinin, Əlimərdan bəy Topçubaşovun xidmətləri daha çox olub".
Deputat bu açıqlamasından sonra sosial şəbəkələrdə təhqir olunacağını da bildirib:
"Əminəm ki, bu fikirlərimdən sonra onlar məni sosial şəbəkələrdə söyəcəklər. Eybi yox, nə qədər istəsələr, məni söyə bilərlər. Mən prezident seçkiləri kampaniyası zamanı da demişəm ki, onların sosial şəbəkələrdə məni söyməsindən ləzzət alıram. Çünki erməni millətçiləri də məni söyür. Onları erməni millətçiləri ilə müqayisə edəndə görürəm ki, heç bir fərqləri yoxdur. Onlar da erməni millətçiləri kimi eyni söyüşü söyürlər. Təsəvvür edin ki, erməni millətçiləri ilə Azərbaycandakı radikal millətçilər arasında heç bir fərq yoxdur".