Çin ağ bayraq qaldırır: Ticarət savaşını Tramp qazanır

Çin ağ bayraq qaldırır: Ticarət savaşını Tramp qazanır Çin lideri Si Szinpinlə ABŞ Prezidenti Donald Tramp iki ölkə arasında münasibətlərin mütləq yoluna qoyulması barədə razılaşıb.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Çin Xarici İşlər naziri Van İ deyib. Onun sözlərinə görə, iki saat yarım davam edən görüş dostluq şəraitində keçib, danışıqlar isə pozitiv olub. Görüşdə tərəflər həmçinin 1 yanvardan etibarən əlavə gömrük rüsumlarının tətbiq edilməməsi və bütün əlavə tariflərin ləğvi barədə danışıqların artırılması barədə razılaşıblar.

ABŞ prezidentinin mətbuat katibi Sara Sanders isə Çinin ABŞ-dan əhəmiyyətli həcmdə kənd təsərrüfatı, enerji, sənaye və digər mallar almağa razılıq verdiyini, bunu ABŞ-la olan ticarət disbalansını bağlamağa çalışdığını bildirib. O, həmçinin ABŞ Prezidenti Donald Trampın Çinə qarşı rüsumları yanvarın 1-dən 10%-dən 25%-ə qaldırmamağa razılıq verdiyini deyib. Bununla belə Sanders 90 gün ərzində Çinlə əsas ticarət məsələlərində razılıq əldə edilməyəcəyi halda rüsumların 25%-ə qaldırılacağını vurğulayıb.

Oxşar xəbərlər