
Oxu.Az xəbər verir ki, bunu H. Nurməhəmmədovun avtobioqrafiya kitabının həmmüəllifi Zaur Qurbanov bildirib.
O, Putinin Nurməhəmmədova UFC çempionatının final döyüşündən sonra zəng etdiyini deyib.
“Vladimir Vladimiroviç döyüşü izləyirdi. O bu sözləri dedi: “Səninlə fəxr edirik, təxribatlara önəm vermə. Əgər nə isə olsa, istənilən vaxt bu nömrəyə zəng edə bilərsən. Başını dik tut. Böyük məmnuniyyətlə səni qonaq gözləyirəm”, – deyə Z. Qurbanov bildirib.