
Oxu.Az xəbər verir ki, bu məlumatı TMZ portalı H. Nurməhəmmədovun meneceri Əli Əbdüləzizə istinadən yayıb.
Bildirilir ki, dağıstanlı döyüşçü UFC rəhbəri Dana Uaytın qərarına hörmətsizlik etmək istəmir.
Qeyd edək ki, D. Uayt H. Nurməhəmmədova döyüşdə boks qaydaları ilə iştirak etməyi qadağan edib.
H. Nurməhəmmədov UFC ilə müqaviləsi bitəndən sonra, yəni 2019-cu ildə Meyvezerlə döyüşməyə hazırdır.