Meyxanaçı Vüqar Əbdülov həmkarlarının onu qınamasına cavab verib.
Axşam.az xəbər verir ki, sənətçi "Səhər-səhər" verilişində deyib ki, artıq heç bir meyxanaçı ilə bir araya gəlməyəcək:
"Efirlərin heç birində meyxanaçıların adını çəkib onlara şərəf verməyəcəm. Onları dostluğa, əməkdaşlığa səslədim, başa düşmədilər. Ancaq öz işimlə, fəaliyyətimlə məşğul olacam.
Mənim dediyim kompozisiyalar indi də yaşıyır. Çox müğənni ilə oxudum, heç birində meyxanaya xələl gətirmədim. Bu gün edənlərlə işim yoxdur".
Qeyd edək ki, Vüqar "Şou ATV" verilişində meyxanaçılara səslənib, onları sənəti inkişaf etdirməyə səsləyib. O, "Bütün meyxanaçılara səslənirəm. Namiq Məna, adını "Bədiyyə" qoyub, ayrı partiya yaratma! Mehman Əhmədli "Əhmədli" məktəbi qurma. Ağa Mirzə, "böyüyəm" deyib kənara çəkilmə. Ayıbdır, meyxana sənəti məhv olacaq.
Sizin hər biriniz ayrı-ayrı toya, çadıra, xınaya çəkilmisiz. Ortaya çıxacaq bir meyxanamız yoxdur. Biri Türkana (müğənni Türkan Vəlizadə) qoluşub, digəri "banda" yaradıb. Bunun axırı yoxdur.
Namiq Qaraçuxurlu, niyə meyxana demirsən? Kim səni təhqir edir?" sözlərini demişdi. Digər meyxanaçılar isə Vüqarın sözlərinə tənqidlə cavab vermişdi.