Tanınmış meyxanaçılar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, "İrşad" İslam Araşdırmaları Mərkəzinin direktoru Rafiq Əliyevin dini meyxanalarla bağlı səsləndirdiyi fikirlərə münasibət bildiriblər
Tanınmış meyxanaçı Mehman Əhmədli "Ölkə.Az"a bildirib ki, dinin təbliğində meyxananın böyük rolu olub:
"Arada toylarda dini meyxanalar deyirik. Ümumiyyətlə, meyxana dinin təbliğində böyük rol oynayıb. Meyxanaçılar nə qədər insanları dinə gətiriblər. Hər sahənin pisi də var, yaxşısı da. Sağlam meyxana deyənlər xeyli insanları dinə gətirməyə nail olublar. Şəxsən bizim özümüz də namaz qılırıq. Elşən Xəzər, Aqşin Fateh, Ağamirzə meyxana deyə-deyə dinə gəlmişik də. Meyxanada dinin təbliğinə gəlincə, biz "Quran" ayələri demirik ki. Biz meyxanada dinin qayda-qanunlarını, hökmlərini deyirik. Yeri gələndə onun dinə nə boyda xidməti var. İnsanlar var ki, dindən anlayışı yoxdur, ancaq meyxanaya qulaq asır. Onlar qulaq asa-asa dini hökmləri, qaydaları öyrənə bilirlər. Bunun nəyi pisdir ki? Əgər haram olsaydı, bizim dini alimlərimiz bunu bizə haram buyurardı. Sadəcə, etik normalardan kənar şeyləri nəinki meyxanada, ümumiyyətlə deməmək lazımdır. Vətənpərvər, dini, valideyn haqqında meyxanaların nəyi pisdir ki? Rafiq müəllimin fikriylə qətiyyən razı deyiləm. Neçə insanlar meyxanamıza qulaq asıb, sonra zəng vurub soruşublar ki, filan söz nə idi, orada dediniz? Biz də izah etmişik ki, filan ayədə filan söz deyilib".
Onlarla dini meyxanaların müəllifi Aqşin Fateh isə bildirib ki, onun üçün Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin fikri daha əsasdır:
"Neçə illərdi Hacı Allahşükür Paşazadə şeyximizdir, ruhanilərin böyüyüdür. Onda belə çıxır ki, bu neçə ildə şeyximiz haram fitvalar, haram hökmlər verib, düz olmayan şeylərə göz yumub?
Bu onun şəxsi fikridir, Allah köməyi olsun. Əvvəla, dini meyxana deyilən bir şey yoxdur. İrfani meyxana var. Onun içərisində dini terminlərdən də istifadə olunur. Vahidin, Füzulinin qəzəllərində irfani fikirlər söylənilir. Bunu Füzuli kimi dahi şəxsiyyət yazıb və muğamda da həmin sözlərdən istifadə edilir. Qəsidə formasında da var, qəzəl formasında da, bəhri-təvil kimi də mövcudur və bütün bu formalarda oxumuşuq. Tək meyxana deyil ki. Biz şeyximizin sözünə qulaq asmışıq. O bizi dəstəkləyib ki insanları maarifləndirmək lazımdır. Telekanallarda meyxana verilişləri gedəndə nə qədər dini terminlərdən istifadə edilib, təbliğ olunub. İndiyə qədər bu düz olmayıbsa, getsin şeyximizə buyursun ki, cənab şeyx, indiyə qədər dini meyxanalar deyiblər, siz də buna göz yummusunuz. Mənim düşüncəm budur ki, dini meyxanalar, irfani meyxana həmişə camaatın xeyrinə olub, bundan sonra da xeyrinə olacaq. İndiyə qədər nə Ruhanilər İdarəsindən, nə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən etiraz olmayıb. Əksinə camaat da özlərimizi bəyəniblər".
Qeyd edək ki, R.Əliyev modern.az-a açıqlamasında bildirib ki, İslam qayda-qanunlarını insanlara dini meyxanalarla çatdırmaq günahdır:
“Qurani-Kərimdə gözəl səslə azan, Quranın oxunması normal hesab olunsa da, onun musiqiyə çevrilməsi yaxud musiqi sədaları altında səsləndirilməsi qadağan edilib. Dini ayinlərin,dini adətlərin, qaydaların meyxana şəklində qarşı-qarşıya durub və ya müxtəlif formada deyilməsi tamamilə dinə ziddir. Mən də öz növbəmdə bunu normal hesab etmirəm. Əgər bu cür hallar varsa, insanlar özü başa düşməlidir ki, qarşısını almaq lazımdır. Təbii ki, dövlət bu cür məsələlərə qarışmayacaq. Bunu ancaq ictimai qınaq və ya dini meyxana səsləndirənlərin dərk etməsi yolu ilə aradan götürmək olar. Meyxanaçılara yəqin ki, öz meydanları darlıq edir, buna görə dini meydana keçid ediblər. Amma din yarış meydanı deyil. İmanla, dinlə zarafat etmək olmaz. Onların bu zarafatlarını, deyişmələrini, sarkazmlarını, dini qaydaları fərqli formada səsləndirmələrini, sözlərini dinə calamalarını qəbul emirəm və çox ciddi surətdə buna etiraz edirəm”.