Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) şəhid polis vərəsələrinin birdəfəlik ödəniş almaması ilə bağlı məsələyə aydınlıq gətirib.
Bunu nazirliyin Sosial təminat siyasəti şöbəsinin müdiri Himalay Məmişov bildirib. O, deyib ki, bu məsələ qanunvericiliyə uyğun olaraq tənzimlənir.
“Qanunvericiliyə uyğun olaraq həqiqi hərbi xidmətdə (toplanışda olan şəxslər) hərbi qulluqçu hesab olunur və fərmanla yalnız hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulur. Polislərdən yalnız Daxili Qoşunlarda xidmət edənlər hərbi qulluqçu hesab edilir. Onların adları da siyahıya daxil edilib”, -deyə H.Məmişov vurğulayıb.