Şəhid ailələrinə 11 min manat bir dəfəlik ödənişin veriləcəyi vaxt müəyyənləşib. İlkin ödənişlərin bu ilin sonuna kimi həyata keçirilməsi planlaşdırılır. Vərəsələrin adları Əmək və Əhalinin Soail Müadiəsi Nazirliyinin elektron saytında yerləşdiriləcək və sistemə elektron nəzarət mümkün olacaq.
Şəhid ailələrinəödəniləcək pulun verilməsi ilə bağlı işlər davam etdirilir.
1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə birdəfəlik yardım edilməsi ilə bağlı siyahı forması hazırlanıb.Əmək və əhalinin sosial müdafiəsi nazirliyi tərəfindən hazırlanan siyahının formasıSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Ədliyyə Nazirliyi və Dövlət Sığorta Kommersiya Şirkətinə təqdim edilib.Ödənişin hansı şərtlərlə həyata keçiriləcəyi dəqiqləşib.
Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin şöbə müdiri Fuad Hüseynovun sözlərinə görəhəmin qurumlardan rəsmi cavab alındıqdan sonra vərəsələrin adları nazirliyin elektoron saytında yerləşdiriləcək və sistemə elektron nəzarət mümkün olacaq.
Yəni adı siyahıda olan vətəndaş konkret olaraq növbəsini biləcək. İlkin ödənişlərin edilməsinə isə bu ilin son rübündən başlanılacağı proqnozlaşdırılır. Varislər pulun alınması üçün nümayəndədə seçə bilər və yaxud bu vəsait hər bir varisin hesabına ayrı-ayrılıqdada köçürülə bilər.