Qızılağac Dövlət Təbiət Qoruğunda güclü yanğın başlayıb.
Report xəbər verir ki, yanğın qoruğun Masallı rayonu ərazisində olsa da, alovun işartıları Xəzərin Lənkəranın sahilboyu ərazilərində də müşahidə olunur.
Yanğın sahildən aralıda olduğundan texnikaların əraziyə keçirilməsi mümkün deyil. Havanın küləkli olması alovun yayılmasının riskini artırır. FHN-nin Masallı və Liman Dövlət Yanğından Mühafizə Hissəsinin texnika və şəxsi heyəti əraziyə səfərbər edilib.