Şahdağ Milli Parkının ərazisində yanğın söndürüldü

Şahdağ Milli Parkının ərazisində yanğın söndürüldü FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, avqustun 31-də Oğuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Xaçmaz meşəbəyliyinin 3 saylı dolayının ərazisində baş vermiş yanğın nəticəsində 120 ha meşə zolağı (sıx kol-kos, quru ağaclar və onların qalıqları) və Şahdağ Milli Parkının ərazisində 10 ha sahədə kol-kos və quru ağaclar yanıb

"Ölkə.Az" xəbər verir ki, meşənin və parkın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın sentyabrın 5-də saat 08:56-da söndürülüb.

Yanğının söndürülməsi işlərində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti və texnikası, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin canlı qüvvəsi iştirak edib.

Oxşar xəbərlər