Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər – Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin təhlükəsizliyi üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın məhkəmə iclası davam etdirilib.
Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Eldəniz Cavadov ifadə verib. O bildirib ki, balaca qardaşı hadisədən əvvəl Narkoloji Mərkəzdə müalicə alıb, hadisə zamanı dünyasını dəyişib.
Digər zərərçəkmiş Rafiq Qafarov da dindirilib. O qeyd edib ki, yanğın zamanı 20-ci otaqda yatıb: “Gecə bizi mühafizəçi Amid yuxudan oyatdı. Yuxudan qalxanda hər yer yanırdı. Sonra Amid məni oradan çıxartdı. Çölə çıxanda, deyəsən, Məhəmmədi qapının qarşısında görmüşdüm. Onu Mərkəzə gələn gündən tanıyıram. O, çox sərbəst idi, istədiyi vaxt çölə çıxıb-qayıdırdı”.
Zərərçəkmiş Fərid Nəsirov ifadəsində söyləyib ki, hadisədən 12 gün əvvəl Mərkəzə müalicə üçün gəlib: “Həkimim Zamiq idi. Mən qaldığım palatadan 1 palata sonra Məhəmməd qalırdı. Mən qaldığım palatanın yanında gecə yanğın başladı. Orada rəhmətlik Mahir qalırdı. O da hadisədən sonra öldü. Gecə yanğın başladı və mən, Rauf, Şahin söndürməyə başladıq. Sonra yanğın gücləndi. Mənim otaqdan çıxmağa Məhəmməd köməklik etdi. Axırda çıxanlardan biri biz olduq. Qaldığımız otaqlar taxtadan idi. Yanğın güclənəndə “şit”lər partladı”.
O deyib ki, hadisə vaxtı oyaq olub: “Gecə yuxum gəlmirdi, yanğın zamanı oyaq idim”.
Məhkəmədə F.Nəsirovun istintaqa verdiyi ifadəsi elan olunub.
Məlum olub ki, zərərçəkmiş fərqli ifadələr verib.
O məhkəmədə vurğulayıb ki, müstəntiq dediklərini fərqli şəkildə yazıb.
Daha sonra şahid qismində Vahid Məmmədov ifadə verib. O, təqsirləndirilən M.Məmmədovun oğlu olduğunu bildirib: “Atam içki içən idi. Uşaq olanda anam onu Mərkəzə müalicə üçün gətirib. Sonuncu dəfə atamı 2009-cu illərdə ora apardıq. Evdə hər kəs atama yalvarırdı ki, içməsin. Atam isə bizi eşitmirdi, o, içəndə özünü apara bilmirdi. Biz də onu yenidən Mərkəzə apardıq. Orada atamın həkimi Afət xanım idi”.
V.Məmmədov söyləyib ki, atası Mərkəzdə müalicə olunan zaman zəng edib onları hədələyib: “Hər dəfə zəng edəndə gəlib evi yandıracağını deyirdi. Biz arada ora gedirdik. Ona siqaret aparırdım. Həmişə mənə deyirdi ki, onu Mərkəzdən çıxardım. Lakin atama “bizi çöldə biabır edirsən, qal burda” deyirdim”.
Onun sözlərinə görə, atası Mərkəzdə müalicə olunan zaman hazırda təqsirləndirilən, şöbə müdiri A.Məmmədovaya hər ay 100 manat pul verib: “Pulu həmişə Mərkəzin yanında olan mağazaya qoyurduq. Mağazanın sahibi də pulu Afət xanıma çatdırırdı. Sonra Afət xanımla pulun çatıb-çatmaması ilə bağlı danışırdım. Pulu verirdim ki, orada atama yaxşı baxsınlar. Həmçinin atama ərzaq və siqaret də göndərirdim”.
Məhkəmə iclası davam etdiriləcək.
Qeyd edək ki, bu il martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib.
Xatırladaq ki, şöbə müdiri Azad Ələkbərovun səhhətində problemlər olduğu üçün onun cinayət işi ayrıca icraata ayrılıb. Daha sonra o, dünyasını dəyişib.