“Mən Komissiyanın bugünkü iclasında aidiyyəti qurumlardan- Səhiyyə Nazirliyindən və Bakı Şəhər İcra Hakimiyyətindən xahiş etdim ki, müvafiq araşdırmalar başa çatdırıldıqdan sonra həmin bina tamamilə sökülsün və ərazidə lazımi abadlıq işləri aparılsın”.
AZTB.info xəbər verir ki, bu barədə Baş nazirin müavini Abid Şərifov Narkoloji Mərkəzdə baş vermiş yanğınla bağlı bir qrup KİV-ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Sabunçu rayonunun ərazisində yeni mərkəz tikilir:
“Bu mərkəzin tikintisinə bir neçə il əvvəl başlanılıb. Prezident İlham Əliyev tərəfindən təsdiq olunan investisiya proqramında yeni mərkəzin tikintisinin tamamlanması üçün 5,3 milyon manat vəsait ayrılıb. Səhiyyə Nazirliyinin məlumatına görə, bu müalicə müəssisəsinin may ayınadək istifadəyə verilməsi nəzərdə tutulur. Yeni Narkoloji Mərkəz hazır olana qədər xəstələrin müalicəsi hazırkı mərkəzin digər korpuslarında davam etdiriləcək”.