Tolik bu addımı ilə hər kəsi özünə heyran etdi – VİDEO

Tolik bu addımı ilə hər kəsi özünə heyran etdi – VİDEO Tanınmış prodüser və aparıcı Tarix Əliyev yenə ürəkləri fəth etməyi bacarıb.

Tez-tez köməyə ehtiyacı olan şəxslərə gücü çatan qədər əl uzadan Tolik bu dəfə İmişli rayonunda yaşayan ailəyə yardım edib. Belə ki, “İnstagram”da kasıb ailənin durumu ilə bağlı video paylaşılıb.

Bunu görən Tolik ilk olaraq bir neçə gün öncə bu haqda paylaşım edib: “Bu videonu səhifələrdən birində gördüm. İmişlinin kəndlərindən birində yaşayan ailədir. Ailədə iki uşaq böyüyür, ataları fəhləlik edir deyə evin damını, suvağını edə bilmir. Çünki imkanları yoxdur. Bütün bunlar da cəmisi 850 manat edir. Biz şəhərdə, isti evdə yorğana bürünüb yatanda, bu evdə iki balaca uşaq soyuqdan büzüşüb yatır. Alah bunu götürməz. Mənim həmişə belə işlərdə sözümü yerə salmayan dostum var. Özüm gedəcəyəm İmişliyə, bu ailəyə kömək edəcəyəm”.

Bu gün isə prodüser artıq həmin ailənin evindən video paylaşım. Maddi çətinlik çəkən ailəyə 2 min manat dəyərində kömək edilib.

Daha ətraflı videoda:


Oxşar xəbərlər