"Kostyumu çox sevirəm və dində də caiz olduğu təqdirdə kostyumla basdırılmaq istəyərəm"
Bu barədə Türkiyəli məşhur müğənni Fərhat Göçər açıqlama verib.
O, bildirib ki, səhnədə mütləq kostyum geyinir, çünki o, Din Martin, Frenk Sinatra heyranıdır:
"Uşaqlığımdan bəri onları izləyərək böyüdüm. İkisi də həmişə qara "smoking" giyinərdi. Onlar mənim ikonalarımdır. Qarşıma məqsəd qoydum, həmişə bu cür davam edəcəyəm. Öləndə isə məni kostyumla dəfn etmələrini istəyəcəm".
Əsl peşəsi həkim olan müğənni tibbi karyerasında şiddət hadisələri ilə üzləşib-üzləşmədiyi sualına bu cür cavab verib:
"Əlbəttə, belə hadisələr çox olub. Gecənin yarısı xəstə yaxınları, avtomobil qəzaları kimi bir çox hadisə yaşadıq, haqsız yerə şiddətə məruz qaldıq. Hippokrat andı içmişik, bizim üçün əsas olan xəstənin sağlamlığıdır. Biz də insanıq, bizim də səhvlərimiz ola bilər. Amma çalışırıq ki, səhvləri minimuma endirək".