Meşələrdə ağacların qanunsuz kəsilməsi və daşınması hallarının qarşısının tam alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən regionlarda reydlər davam etdirilir.
Nazirliyin Mətbuat xidmətindən verilən məlumata görə, reyd zamanı Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən iyulun 15-də Qəbələ rayonunun Bum meşəbəyliyinin 6 saylı dolayında gecə saat 4 radələrində “URAL” markalı dövlət nömrə nişanı olmayan avtomobil saxlanılıb. Avtomobilin yük yerində qanunsuz yolla əldə edilmiş 8 m3 həcmində yaş fıstıq cinsli meşə materialı aşkar edilib və sənədləşmə işləri aparılır. Qanun pozucusu barəsində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə toplanmış materiallar rayon polis şöbəsinə göndəriləcək.