Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar xətt" inə Xətai rayonu Qaçaq Nəbi küçəsi 9A ünvanında ağacların qanunsuz kəsilməsi bağlı bir qrup sakin tərəfindən şikayət nazirliyin əməkdaşları tərəfindən dərhal yerində araşdırılıb
Araşdırma zamanı Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 30.09.2016-cı il tarixli 18/03-8/2924 nömrəli razılıq məktubuna və Xətai Rayon İcra Hakimiyyətinin 26.01.2017-ci il tarixli 29 nömrəli sərəncamına əsasən Xətai rayonu Qaçaq Nəbi küçəsi 9A ünvanında yaşayış binasının tikintisi üçün Həmzəyev Vaqif Bilal oğluna 0,4 hektar torpaq sahəsinin ayrıldığı, 2 ədəd ağacın qanunsuz kəsildiyi və həmin ərazinin hasara alınması nəticəsində yaş köküstə 69 ədəd ağacın məhv edilməsi təhlükəsinin olduğu faktı müəyyən edilib.
Araşdırma ilə bağlı akt tərtib olunub, 2 ədəd ağacın kəsilməsinə görə torpaq istifadəçisinə 2700 manat ziyan tətbiq edilib. Ərazidə mövcud olan ağacların qorunub mühafizə olunmasının təmin edilməsi məqsədilə Bakı şəhəri İcra Hakimiyyətinə rəsmi qaydada müraciət olunub.
Faktla bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi, təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi və hasara alınmış ərazidə mövcud olan ağacların məhv edilməsinin qarşısının alınması məqsədilə Baş Prokurorluğa göndərilib və cinayət işi başlanılıb. (mia)