“Azərbaycanda 1 ildə 500 şagird hamilə qalıb” – ŞOK AÇIQLAMA (VİDEO)

“Azərbaycanda 1 ildə 500 şagird hamilə qalıb” – ŞOK AÇIQLAMA (VİDEO) “Space” Tv-nin “Olar? Olmaz!” verilişində daha bir maraqlı açıqlama tamaşaçılara təqdim edilib.

Teleaparıcı Amil Xəlilin təqdimatında yayımlanan verilişdə iştirak edən təhsil eksperti Kamran Əsədovun açıqlaması aparıcı ilə bərabər hər kəsi təəccübləndirib.

Minval.info saytının məlumatına görə, ekspert bildirib ki, 500-ə yaxın məktəbli qız hamilə qalıb. Onlar sinif otağında deyil, ər otağında oturmağa məcbur edilir.

Daha sonra Amil Xəlil 2 süjet tamaşaçılara təqdim edib. Süjetlərin birində “Bir silləyə görə müəllimlik karyerasına son qoyulan müəllimlər”dən danışılıb.

Verilişdən maraqlı anları sizə təqdim edirik:

Qeyd edək ki, bu axşam “Olar? Olmaz!” verilişində “donuz sexləri və kolbasa idxalı” mövzusunda görüntülər tamaşaçılara təqdim ediləcək. “Olar? Olmaz!” verilişinin informasiya dəstəkçisi “Minval.İnfo” saytıdır.


Oxşar xəbərlər