İLAHİYYATÇI: "ZORLANAN AZƏRBAYCANLI QIZLARA GÖRƏ, İRANA MÜRACİƏT OLUNMALIDIR !"

İLAHİYYATÇI: "İslam şəriətində siğəyə icazə verilmir, bu, haram hesab olunur”.

Bunu "Sherg.az”a İranda təhsil alan azərbaycanlı tələbə qızların orada siğəyə cəlb edilməsi barədə iddialara münasibət bildirərkən ilahiyyatçı-alim Əkrəm Həsənov söyləyib.

Onun sözlərinə görə, dini prinsiplərə əsasən Məhəmməd Peyğəmbər siğəni qiyamətə qədər qadağan edib:

"Halbuki bir çox məzhəb təəssübkeşləri, ayrı-ayrı ölkələrə xidmət edənlər çirkin əməllərini insanlara din pərdəsi ilə təqdim edirlər. Hətta uydurulmuş fətvalar verilir. Bununla da cəmiyyət pozğunluğa doğru gedir. Belə əməllərin qarşısını dövlət tərəfindən mütləq alınmalıdır. Zina ilə siğənin heç bir fərqi yoxdur. Quranda da qeyd olunduğu kimi Allah-təala ancaq evlənməyə icazə verir”.

Ə.Həsənovun sözlərinə görə, Qafqaz Müsəlmanları İdarəsinin icazə verdiyi bəzi iranmeyilli şəxslər gənc qızlarımızı, qadınları pozğun yola sürükləyirlər:

"Onları din pərdəsi altında yanlış yola istiqamətləndirirlər. Belə dələduzlarla bağlı tədbir görülməlidir. İnsanların onlara aldanmaması üçün təbliğat aparmaq lazımdır. İnsanları uçuruma sürükləyən din xadimləri dini təhrif edirlər. Din cəmiyyətə elmi şəkildə təbliğ edilməlidir ki, insanlar İslamın nə olduğunu daha dəqiq anlasınlar.

İranda yaşayan azərbaycanlılar bu ölkəyə təhsil almağa yollanan azərbaycanlı qızların din pərdəsi ilə başına oyun gətirilməsinin qarşısını almağa çalışmalıdırlar. İran hökumətinə müraciət olunmalıdır ki, belə özbaşınalıqların qarşısı alınsın, dələduzlar cəzalandırılsın. Çünki bu hal tək İranda baş verib, bununla məhdudlaşmayacaq. Dırnaqarası din xadimlərinin əməlləri Azərbaycanın bəzi cənub rayonlarına, Bakı kəndlərinə də gəlib çıxır. Ona görə, həm İranda, həm də Azərbaycanda yaşayan insanlar bu hadisələrlə bağlı hərəkətə keçməlidirlər”.

Qeyd edək ki, 2006-cı ildə İranın Qum şəhərində təhsil almış Gültəkin Məcidova adlı qız etiraf edib ki, İranda təhsil alan Azərbaycanlı qızlarının hamısının bakirəlikləri pozulur. Gültəkinin sözlərinə görə, həmin qızlar Azərbaycana qayıdanda çoxları evlənə bilmir, evlərinə geri qaytarılmaqdan qorxurlar:
"Ona görə də çoxu Ocaq Nicat (?) kimi və sairə dələduzlarla siğə edərək cinsi ehtiyaclarını qarşılayırlar. Mədrəsədə təhsil alanda bəzi din alimləri deyirdilər ki, bakirə qız istəsə siğə edə bilər. Onları siğəyə qadın müəllimlərin vasitəsi ilə cəlb ediblər”.

Oxşar xəbərlər