“Dini cəhətdən eynicinsli nikahların olması düzgün qəbul edilmir. Bu cür nikahlar dini cəhətdən böyük bir günah hesab edilir. Bu insanların təbiətinə zidd olan məsələdir
“Qurani-Kərim”də də bu əməlin günah olduğu qeyd edilir və bu insanın təbii parametrlərinə zidd olan əməldir. Bu nəsil artımının da qarşısını alır. Bu istər mənəvi, istərsə də əxlaqi baxımdan insanlara uyğun olmayan və böyük günah hesab edilən əməldir”.
Bu barədə açıqlamasında “ Məşədi Dadaş” məscidinin imam-camaatı, ilahiyyatçı Hacı Şahin Həsənli “Eynicinsli nikahlar dini cəhətdən doğrudurmu? sualına cavab olaraq bildirib.
Onun sözlərinə görə, bu məsələ cəmiyyətdə demoqrafik inkişafın qarşısını alır:
“Bu məsələyə şəxsi fikrim də dini görüşümdən heç cürə fərqlənmir. Yəni, şəxsi fikrimdə eynicinsli nikahların olmasına birmənalı olaraq mənfidir.
Bu kimi əməllərin cəmiyyətdə rəvac tapmasının ən böyük səbəblərindən biri də ailə institutunun məhv olmasıdır. Bu məsələ bəzi Avropa ölkələrində demoqrafik inkişafın qarşısını alır və mənəvi deqradasiyaya yol açır. Ona görə də, bu əməlin ictimai baxımdan da böyük bir fəsadı var. Çünki eynicinsli nikahlar cəmiyyətdə tarazlığı pozur və ailə institutunu məhv edir”, - deyə o qeyd edib.
Öz növbəsində, tanınmış ilahiyyatçı Elşad Miri Oxu.Az-a bildirib ki, din insanın yaradılışı ilə uyğun olmayan məsələləri qəbul etmir:
“Eynicinsli nikahların olması insanın yaradılışı ilə uyğun olmayan məsələdir. Din insanın yaradılışı ilə uyğun olmayan məsələlərin reallaşmasına heç bir şəkildə icazə vermir.
Bunu başqa bir mental dəyərlər ilə əlaqələndirsək görərik ki, buna heç bir şəkildə icazə yoxdur. Dində eynicinsli nikahların olması birmənalı olaraq qəbuledilməzdir. Təsəvvür edin ki, kişi və qadın evlilikləri nikahsız olduğu halda günah hesab edilir. Bu halda eynicinsli nikahlara dində necə icazə verilə bilər?”
E.Miri bildirib ki, eynicinsli nikahlar əxlaqi tənəzzülün nəticəsidir:
“Bu məsələyə şəxsi fikrimə gəldikdə isə bu addımı qəbuledilməz hesab edirəm. Fikrimcə, bu addım gələcəkdə insan nəslinin, Azərbaycan xalqının gələcək sayının artmasına maneə olacaq. Eynicinsli nikahlar əxlaqi tənəzzülün nəticəsidir”.