İranın paytaxtı Tehranda yaşayan Hoda Jarrah adlı qadın 2 ildir peşəkar idmanla məşğul olur.
“Ölkə.Az” xəbər verir ki, cəiyyətin təzyiqinə baxmayaraq, qadın 2 ildir ki, bodibildinq çempionlarına qatılıb. 37 yaşlı qadın 2015-ci ildən bu idmanla məşğuldur.
O, sosial şəbəkələrdə paylaşdığı fotolara görə çoxlu təhqirlərə məruz qaldığını bildirib.
“Ətrafımdakı insanların çoxu mənə bu idmanı unutmağımı tövsiyə etdi. Hətta çoxu buna görə mənə təzyiqlər də etdi. Ağırlıq qaldırmağıma görə sonsuz olacağımı dedilər. Atam mənim bu qərarıma qəti olaraq qarşı çıxdı. Onlar mənim sonsuz qalmağımdan qorxurdular. Qorxurdular ki, sonsuz olaram, həyat yoldaşım məni boşayar”, - deyə qadın bildirib.
Tanınmış aktyor və idmançı Arnold Şvartseneggerə vurğun olduğunu deyən iranlı qadın, son vaxtlar artıq cəmiyyət tərəfindən qəbul edildiyini gizlətməyib. Onun sözlərinə görə, son vaxtlar onun ünvanına gələn təhqirlərin sayı azalıb. Hətta bəziləri onu tərifləməyə də başlayıb.