“Son zəng” bu tarixdə keçiriləcək

“Son zəng” bu tarixdə keçiriləcək Ümumi təhsil müəssisələrində “Son zəng” tədbiri iyunun 14-də keçiriləcək.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, 2024-2025-ci tədris ilinin bütün dövlət ümumi təhsil müəssisələrində “Son zəng” tədbirlərinin iyunun 14-də keçirilməsi ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq təlimatı var.

Qeyd edək ki, “Son zəng” tədbirləri hər il iyunun 14-də keçirilirdi. Lakin bu il həmin tarix şənbə gününə təsadüf etdiyinə görə, tədbirlərin iyunun 13-də keçiriləcəyi ilə bağlı məlumatlar yayılmışdı.

Oxşar xəbərlər