Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızının “Ölkə.Az” xəbər portalına müsahibəsi:
– Bir neçə gün öncə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Prosedur qaydaları, immunitetlər və institusional məsələlər komitəsi tərəfindən korrupsiyada adı hallanan AŞPA üzvlərinə, o cümlədən Milli Məclisin deputatı Səməd Seyidova qarşı sanksiyaların tətbiq edilməsi ilə bağlı qərar qəbul edilib. Bu qərara münasibətiniz necədir?
– Hesab edirəm ki, Avropa Şurasının Azərbaycana qarşı belə bir qərəzli qərar qəbul etməsi həmin təşkilatların ikili standartlara və riyakarlığa yol verməsindən xəbər verir . Bununla Avropa Şurası özünü rüsvay edib. Çünki qəbul edilən həmin hesabatda Avropa Şurasında ağıllı və savadlı siyasətçi, diplomat kimi tanınan Səməd Seyidovla bağlı heç bir fakt yoxdur. Bütün bunlara baxmayaraq qəbul edilən qərəzli qərar Avropa Şurasının iç üzünü ortaya qoyub. Biz onsuz da bunu bilirdik. Azərbaycana qarşı qərəzli mövqe ortaya qoyan bir sıra təşkilatlardan xəbərimiz var. Bunun da əsas səbəbi odur ki, cənab prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan müstəqil siyasət aparır.
Bəzən Avropa Şurası yeni müstəqillik qazanan və inkişaf etməkdə olan ölkələri qurban verməkdən belə çəkinmir. Biz bunun bariz nümunələrini Gürcüstanda, Ukraynada, Türkiyədə görmüşük. Yəni, Avropa ölkələrə o qədər təzyiqlər və təhdidlər edir ki, nəticədə ciddi böhranlar əmələ gəlir. Baxın, bir neçə il öncə Avropa Ukraynaya təzyiq və təhdid etdiyi üçün bu ölkə hələ də müharibə şəraitindədir. Avropa qurumları öz ölkələrinin və xalqlarının maraqlarına xidmət edən siyasət yürüdür. Bu da yeni hadisə deyil.
Düşünürəm ki, bütün bunlara cavab olaraq Azərbaycan yenə də öz mübariz mövqeyini davam etdirəcək. Ölkə prezidenti apardığı qətiyyətli, müstəqil və güclü diplomatiya ilə bərabər böyük regional layihələr də həyata keçirir. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında böyük rol oynayır.
Baxmayaraq ki, Azərbaycandan əvvəl Avropa Şurasına üzv olan dövlətlər var. Ancaq Azərbaycan həmin ölkələrdən daha çox Avropa məkanına töhfələr verir.
Neçə illərdir ki, Azərbaycanın ərazi bütövlüyü pozulub və BMT-nin bununla bağlı müvafiq qərarları var. Ancaq Avropa işğalçı Ermənistana qarşı heç bir sanksiya qəbul etmir.
Necə olur ki, Avropa Ukraynanın ərazi bütövlüyü pozulan zaman Krımla bağlı Rusiyaya sanksiyalar qəbul edir. Ancaq oxşar hadisələrlə Azərbaycan uzun illər əvvəl rastlaşsa da, Ermənistanaa təzyiq edən yoxdur.
Yəni, Avropanın yalnız sözlə Azərbaycan ərazilərinin işğala məruz qaldığını deməsi bizi qane edə bilməz. Bunu hamı, hətta 2 yaşlı uşaqlar da bilir ki, Azərbaycan torpaqları işğala məruz qalıb. Əsas odur ki, işğalçı Ermənistana ciddi təzyiqlər olunsun, sanksiyalar qəbul edilsin.
Avropa özünü elə aparır ki, guya bunlar insan haqqlarının təminatçısıdır və sairə. 30 ildir ki, Azərbaycan vətəndaşları qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, hüquqları pozulub. Bəs Avropa nə üçün buna görə Ermənistana sanksiyalar tətbiq etmir? Bütün bunlar bir daha göstərir ki, Avropa Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirir.
– Bəzi Avropa qurumları Azərbaycanda demokratiya ilə yanaşı insanların yaşayış səviyyəsinin də aşağı səviyyədə olmasından şikayətlənir. Bəs bununla bağlı nə deyə bilərsiniz?
– Bu cür yanaşmalar tamamilə səhvdir. Maşallah olsun ki, bizim restoranlarda, şadlıq evlərində, toyxanalarda, parklarda xeyli insanlar var, bunlardan istifadə edilir. Bəzən orada yer də tapmaq olmur, insan sıxlığı yaşanır.
Əgər Azərbaycanda yaşayış səviyyəsi o qədər pis olsaydı, bütün bunlar olmazdı. Görünür, artıq Avropa Azərbaycana qarşı hansı vasitə ilə təzyiq edilməsini tapa bilmir. Avropada tez-tez insan haqqlarından danışılır. Amma onların bundan danışmağa haqqları yoxdur.
Əgər Avropa ölkələri Yaxın Şərdə gedən müharibələrdən qaçıb sığınan miqrantlara qarşı hasarlar çəkirlərsə, onlarla çox pis rəftar edirlərsə, irqçilik gündən-günə artırsa, o zaman burada hansı insan haqqlarının qorunmasından danışmaq olar?
İNTERPOL-un məlumatına görə, ötən il Avropada 10 minə yaxın uşaq itkin düşüb. Bəs bu uşaqlar hara yoxa çıxıb? Görünür, həmin insanların orqanlarının ticarəti ilə məşğul olan şəxslər onları terrora məruz qoyurlar.
Avropa ölkələrində hər gün bir kilsəyə silahlı hücum olur, ancaq Azərbaycanda bütün dini yerlər təhlükəsiz şəraitdə fəaliyyət göstərir. Dünyanın heç bir yerində kilsə, sinaqoq təhlükəsizlik tədbirləri olmadan normal fəaliyyət göstərə bilmir. Ancaq onlar gəlib Azərbaycandakı məscidlərə, sinaqoqlara, xristian kilsələrinə baxsınlar, görsünlər ki, necə təhlükəsiz şəraitdə yaşayırlar. Yaxşı olar ki, Avropa tolerantlığı, multikultralizmi gəlib Azərbaycandan öyrənsin. Bu mənada biz Avropaya nümunə ölkəyik.
Azərbaycanda yaşayış səviyyəsi də Avropadan heç də geri deyil. Baxmayaraq ki, Azərbaycanın müstəqilliyinin 27 yaşı var, 1 milyon qaçqını var, müharibə şəraitində yaşayır, ancaq insanlarımızın həyat səviyyəsi gündən-günə yaxşılaşır. Azərbaycanda xalqa iqtidar arasında birlik var, əhali ölkə prezidentini dəstəkləyir. Azərbaycan regionun sülh və sabitlik adasıdır.
Şübhəsiz ki, Avropadan bu cür arqumentlər səsləndirənlər Azərbaycanı gözü götürməyən adamlardır. Onlar ölkəmizin inkişafını istəmirlər.