Mənzil İnşaat Dövlət Agentliyinin (MİDA) satışa çıxardığı mənzillərlə bağlı yaranmış narazılıqları aradan qaldırmaq üçün qurumda xüsusi komissiya yaradılıb.
Komissiya şikayətləri araşdıraraq 10 gün ərzində vətəndaşlara cavab verəcək.
Bildirək ki, mayın 7-də Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında inşa etdiyi Yasamal Yaşayış Kompleksinin 1, 2, 3 və 4 saylı binalarında mənzillərin satışına başlanılıb. Elə həmin gün sosial ev almaq istəyənlər satışın həyata keçirildiyi e-gov.az saytına daxil olmaqda ciddi çətinliklə üzləşiblər. Təxminən bir saat ərzində Yasamal Yaşayış Kompleksindən olan 260 mənzilin satıldığı məlum olub.
“Güzəştli mənzil” elektron sistemi vasitəsilə 8000-dən çox vətəndaşın mənzil əldə etmək hüququ təsdiqlənsə də, sistemdə 40 min nəfər olub.