Azərbaycan hökuməti sosial evlər layihəsini sürətləndirir. Gənc ailələr üçün müjdə olan bu proje minlərlə insanın mənzil almasına kömək edəcək
“Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi olan Yasamaldakı şəhərciyin ilk binasının üçüncü, məktəbin isə ikinci mərtəbəsi tikilməkdədir. Paralel olaraq növbəti 15 binanın tikintisinə başlanılıb”.
Bunu MİDA-nın direktoru Samir Nuriyev bildirib. Onun sözlərinə görə, bu ay isə növbəti 7 binanın, ümumilikdə isə 22 binanın paralel tikilməsi həyata keçiriləcək:
“Bundan əlavə həm su-kanalizasiya sisteminin, həm də elektrik xətlərinin çəkilməsi işləri həyata keçirilir. Bu layihədə 20 özəl şirkətin iştirakı gözlənilir. Təxminən 2000-2500 nəfərdən artıq yeni iş yerlərinin yaradılması nəzərdə tutulub”.
S. Nuriyev əlavə edib ki, hal-hazırda Hövsan yaşayış kompleksinin baş planı üzərində işlər gedir: “Bu yaxınlarda işlər başa çatdırılacaq.
Həmin ərazidə MİDA üçün 20 hektar torpaq sahəsi ayrılıb. Bu da 3000 mənzilin tikilməsi deməkdir. May ayının 1-dən elektron qeydiyyat prosesinə başlanılacaq".
Direktorun sözlərinə görə, MİDA-nın həyata keçirdiyi layihələrdə aylıq 130-150 manat ödəməklə birotaqlı, 300 manat ödəməklə isə üçotaqlı mənzillərə sahib olmaq olacaq.
“Mənzil təminatı prosesində bazar qiyməti nəzərə alınacaq. Azərbaycan İpoteka Fondu orta bazar qiymətinin hesablanmasını hər 6 aydan bir sifariş edib əldə edir.
Biz artıq mənzillər satışa çıxarmamışdan öndə fond tərəfindən həmin ərazi üzrə orta bazar qiymətini əldə edəcəyik və çalışacağıq ki, həm uzunmüddətli ödəniş baxımından, həm də nağd ödəniş baxımından sərfəli olsun”, - deyə, o, bildirib.
Ulus.Az xəbər verir ki, sosial evlər mənzil almaq imkanı və imtiyazları olmayan, gəlirləri orta və ortadan aşağı olan insanlar üçün nəzərdə tutulur.
Belə insanların bir qismi ipoteka kreditləşməsi vasitəsilə mənzilə olan tələbatını ödəməyə çalışır, şəhid ailələri, məcburi köçkünlər isə dövlət tərəfindən mənzillə təmin edilir.
Amma digər kateqoriyalı insanların mənzillə təminatında çox ciddi çətinliklər var. Sosial evlər məhz bu kateqoriyadan olan insanlar, yəni mənzil almaq imkanı və imtiyazları olmayan, gəlirləri orta və ortadan aşağı olan insanlar üçün nəzərdə tutulur.
Cənab Prezident də öz çıxışında dedi ki, yalnız Bakıda deyil, respublikanın digər şəhər və rayonlarında da sosial evlər tikiləcək.