Somalidə “Əş Şabab” qruplaşmasının məhkəməsi bir qadını daşqalaq edərək öldürüb.
Şükri Abdullahi Varsame adlı qadın əvvəlki ərlərindən boşanmadan 11 dəfə evləndiyi üçün ittiham edilib.
Hadisə Somalinin cənubundakı Sablale şəhərində baş verib. Qadını torpağa basdırıblar. Qruplaşma silahlıları qadını ölənə qədər daşqalaq ediblər. “Əş Şabab” qruplaşmasının hökm etdiyi ərazilərdə Şəriət qanunları tətbiq edilir.
Qruplaşmanın region üzrə nümayəndəsi Məhəmməd Əbu Usama deyib:
“Şükri Abdullahi və rəsmi əri də daxil olmaqla doqquz əri məhkəmə qarşısında cavab verib. Onlardan hər biri qadının əri olduğunu söyləyib”.