Bakıda müəmmalı qətl - Qadını körpüdən atdılar

Bakıda müəmmalı qətl - Qadını körpüdən atdılar Bakıda 55 yaşlı qadın körpüdən yerə düşməsi nəticəsində ölüb.

Hadisə paytaxtın Xəzər rayonunda qeydə alınıb.
Belə ki, Mərdəkan qəsəbəsində, Aeroport yolunda körpünün altında 55 yaşlı Sevda Məmmədovanın ağır xəsarət alaraq yerə yıxıldığı məlum olub. Ətrafdan keçən şəxslərdən biri onu xəstəxanaya yerləşdirib. Lakin S.Məmmədova xəstəxanada ölüb.
Araşdırmalar zamanı məlum olub ki, qadını adı məlum olmayan şəxs itələyərək körpüdən yerə atıb.
Faktla bağlı cinayət işi başlanılıb.

///report

Oxşar xəbərlər