Nəvəsini övladlığa verməyə gəlmişdi, qadın alverçisi çıxdı: Xoşqədəmin verilişində gərgin anlar

Nəvəsini övladlığa verməyə gəlmişdi, qadın alverçisi çıxdı: Xoşqədəmin verilişində gərgin anlar Xəzər TV-də Xoşqədəm Hidayətqızının aparıcılığı ilə yayımlanan “Bizə danış” verilişində gərgin anlar yaşanıb.

Ölkə.Az-ın verdiyi məlumata görə, doqquz yaşlı nəvəsi Səmanı övladlığa vermək istədiyini bildirən Sevil adlı qadını övladları canlı yayımda rüsvay ediblər.

Qızları Sevanə və Xəyalə, oğlu Ramin qadından üz döndərdiklərini dilə gətiriblər. Övladlarının dediyinə inansaq, ana qızlarını fahişəliyə sürükləyirmiş. Oğlu isə anası ilə heç bir əlaqəsinin olmadığını söyləyib.

Öz növbəsində qadın da övladlarını ittiham edib və onların pis vərdişlərinin olduğunu dilə gətirib.

Oxşar xəbərlər