Bakıda qadını zorlayaraq öldürüb daha sonra meyiti zorlayan dostların istintaqı başa çatıb.
AZTB.info-nun yenicag.az-a istinadən verdiyi məlumata görə, sözügedən qətl hadisəsi ötən ilin aprelin 30-da Səbail rayon Neftçilər prospektində yerləşən mənzildə baş verib. Həmin mənzildə Rusiya vətəndaşı Samir Zenyukov tanışı Dmitri Razumnıy ilə birgə yaşayıb. Onlar qadın tanışları Yelena Sandrandinovanı yaşadıqları mənzilə gətiriblər.
Qadını döyüb və sonra təcavüz ediblər. Qadın bu səbəbdən ölüb. Daha sonra özləri də bilmədən meyidlə də cinsi əlaqəda olublar. Dostlar birlikdə qadının meyitini evdən çıxarıb, həyətin küncünə qoyublar. Daha sonra qonşular Yelena Sandrandinovanın meyitini aşkarlayıblar. Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Samir Zenyukov və Dmitri Razumnıy həbs edilib.
Onlara Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 120.2.1-ci (bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə), 120.2.6-cı (zorlama ilə adam öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə adam öldürmə), 29.149.2.1-ci (bir qrup şəxslə zorlamaya cəhd), 29.149.2.4-cü (xüsusi amansızlıqla zorlamaya cəhd), 150.1-ci (sexsual xarakterli hərəkət törətmək), 150.2.4-cü (xüsusi amansızlıqla seksual xarakterli hərəkət) maddələri ilə təqsirli biliniblər.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə Dmitri Razumnıy 18 il və Samir Zenyukov isə 19 il müddətinə azadlıqdan məhrum edilib.