Somalinin paytaxtı Moqadişuda baş verən partlayışlar nəticəsində ölənlərin sayı 23-ə çatıb. Daha öncə 18 nəfəröldüyü bildirilirdi.

Somalinin paytaxtı Moqadişuda baş verən partlayışlar nəticəsində ölənlərin sayı 23-ə çatıb. Daha öncə 18 nəfəröldüyü bildirilirdi. AZTB.info-nun Trend-ə verdiyi məlumata əsasən, hadisə nəticəsində 30-dan çox adam yaralanıb.
Hadisə prezident sarayının yaxınlığında yerləşən mehmanxananın yanında baş verib. Terrorçu-intiharçı avtomobildə yerləşdirilən partlayıcı qurğunu işə salıb.

Partlayışlara görə məsuliyyəti "Əş-Şabab" radikal qruplaşması üzərinə götürüb.

Oxşar xəbərlər