Somalidə terror aktı — 13 ölü

Somalidə terror aktı — 13 ölü Somalidə növbəti terror aktı törədilib.
"Ölkə.Az" xəbər verir ki, paytaxt Moqadişodakı General Kaxie akademiyasının ərazisinə daxil olan kamikadze terrorçu üzərindəki bombanı işə salıb.

"Reuters"in məlumatına əsasən, partlayış polis paradı zamanı baş verib. Bu səbəbdən 13 nəfər həlak olub, 15 nəfər xəsarət alıb.
Təcili tibbi yardım xidmətinin rəsmi nümayəndəsi Abdikadir Abdirəhman deyib: "Bizim hesablamalara əsasən, polis akademiyasında 13 nəfər həlak olub, 15 nəfər yaralanıb".
Polis nümayəndəsi Məhəmməd Hüseyn bildirib ki, terrora görə məsuliyyəti "Əş Şabab" qruplaşması öz boynuna götürüb.

Oxşar xəbərlər