Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumata əsasən, İran İslam Respublikasından gələn Azərbaycan Respublikasının vətəndaşı Elnur Mirrəhim oğlu Əhədovun idarə etdiyi "Qaz-3110" markalı, 10-RS-660 dövlət nömrə nişanlı minik avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.
Baxışdan öncə, sürücü üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Sonra nəqliyyat vasitəsi kinoloji xidmət iti tətbiq olunmaqla yoxlanılıb.
Yoxlama zamanı, xidməti it avtomobilin alt hissəsinə reaksiya verib və daha sonra minik maşını əsaslı yoxlanılıb. Nəticədə, maşının alt hissəsində gömrük nəzarətindən gizlədilmiş, hər biri ayrı-ayrılıqda şəffaf sellofana bükülmüş, ümumi sayı 130 ədəd yumru və uzunsov formalı bükümlər aşkar edilib.
Gömrük yoxlaması tam başa çatdıqdan sonra isə 94 ədəd bükümdə qablaşdırılması ilə birlikdə çəkisi 3000 qram olan narkotik vasitə - həşiş, 36 ədəd bükümdə isə qablaşdırılması ilə birlikdə çəkisi 500 qram olan narkotik vasitə - tiryək olduğu müəyyənləşib.
Faktla bağlı cinayət işi başlanıb və zəruri istintaq tədbirləri davam etdirilir.
DGK Mətbuat Xidməti