Əfəndi İsmiyev: Azərbaycanda nəqliyyat infrastrukturunun tikintisi sahəsində iri layihələr həyata keçiririk

Əfəndi İsmiyev: Azərbaycanda nəqliyyat infrastrukturunun tikintisi sahəsində iri layihələr həyata keçiririk Əfəndi İsmiyev - “Fevralın 4-də Bakı şəhərində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev toplantıda iştirak edib. XXI əsrin ən böyük layihələrindən biri olan Cənub Qaz Dəhlizi dörd seqmentdən - “Şahdəniz Mərhələ-II”, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP qaz boru kəmərindən ibarətdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısı hər dəfə Azərbaycanda keçirilir. Bu, ölkəmizin bu layihədə aparıcı rolunu təsdiqləyən amillərdən biridir. Prezident İlham Əliyev toplantıda çıxış edib və çıxışı zamanı bir çox mühüm məsələləri, o cümlədən Azərbaycanın nəhəng neft-qaz və bərpaolunan enerji potensialına malik bir ölkə olduğunu qeyd edib”.

Azərbaycanın isbat edilmiş qaz ehtiyatı 2,6 trilyon kubmetr təşkil edir. Ən böyük yataq “Şahdəniz”dir ki, burda qaz həcmi 1,5 trilyon kubmetr təşkil edir. “Abşeron”, “Babək”, “Ümid” və “Azəri-Çıraq” yataqları da böyük həcmdə qaz ehtiyatlarına malikdir.Yeni yataqların kəşfi sahəsində yeni texnologiyaların sürətlə inkişafı gələcəkdə bu ehtiyatlarların daha çox olmasına şərait yaradır. Mövcud qaz ehtiyatları qaz ixracının ildən-ilə artırılmasına imkan yaradır. 2020-ci ilin sonundan etibarən, Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasından sonra Azərbaycan beynəlxalq bazarlara, o cümlədən Avropa bazarına qaz ixracını artırıb. Keçən il Azərbaycan 19 milyard kubmetr təbii qaz ixrac edib.

“Cənab Prezident öz çıxışında qeyd edib ki, Azərbaycan dünyanın xam neft, təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisi ixrac edən az sayda ölkələrindən biridir. Azərbaycanda son illərdə elektrik enerjisi ifrastrukturuna böyük həcmdə investisiya yatırılıb. 2021-ci iln yanvar ayında Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən maliyyələşdiriləcək ilk böyük bərpaolunan enerji layihəsinin -240 meqavat gücündə Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. Hazırda Azərbaycan dörd qonşu ölkəyə- Türkiyə, Rusiya, Gürcüstan və İrana elektrik enerjisi ixrac edir. Gələcəkdə bu ölkələrin sayı arta bilər. Azərbaycanın Energetika Nazirliyi aparıcı beynəlxalq şirkətlərlə birlikdə işğaldan azad olunmuş ərazilərdə- Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji” zonası üçün konseptual proqnoz hazırlayıb. Bu regionda külək enerjisinin potensialı təxminən 7200 meqavat, Günəş enerjisində potensial 2000 meqavatdan çoxdur. Azərbaycanda “yaşıl enerji” nin inkişafına dair strategiyanın bir istiqaməti də Xəzər dənizi ilə əlaqədardır. İlkin rəqəmlər göstərir ki, Xəzər dənizinin texniki potensialı 150 min meqavatdan çoxdur. Bütün bu qeyd olunanlar göstərir ki, Azərbaycan Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi uğurlu enerji strategiyası nəticəsində Azərbaycan nəhəng neft-qaz ehtiyatları və bərpaolunan enerji potensialına malik bir ölkə sayılır və bu potensial Azərbaycanın daha sürətlə inkişaf etməsinə, qarşıda duran bütün vəzifələrin uğurla həyata keçirilməsinə şərait yaradacaq”.[/i]

Tikinti sektorunda əhəmiyyətli yerlərdən birini tutan “EVRASCON” Açıq Səhmdar Cəmiyyətidir

“Azərkörpü” Bakı şəhərində SSRİ-nin Nəqliyyat tikintisi Nazirliyi yanında 1968-ci ildə yaradılmış və fəaliyyətə «Mostootryad-100» kimi başlamışdır. Bu müddət ərzində müəssisə Azərbaycanda nəqliyyat infrastrukturunun tikintisi sahəsində zəngin təcrübə toplamışdır. 2001-ci ildə həyata keçirilən özəlləşdirmə nəticəsində şirkət səhmdar cəmiyyət statusunu almışdır.

Azərbaycanda nəqliyyat infrastrukturunun tikintisi sahəsində iri layihələrin həyata keçirilməsi ilə məşğul olan “Azərkörpü” ASC adını dəyişərək “EVRASCON” ASC olmuşdu.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Əfəndi İsmiyevdir.

Əfəndi İsmiyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Əfəndi İsmiyev bu işin müqəddəsliyini qoruyub saxlayır. Əfəndi İsmiyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Əfəndi İsmiyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Ölkənin tikinti sektorunda böyük paya sahib olan şirkətlərdən “EVRASCON” Açıq Səhmdar Cəmiyyətində uğurlu işlərdən bir çoxlarının xəbəri var. ASC-də düzgün gedən işlərlə bağlı bu günə qədər mətbuat səhifələrində xeyli sayda məlumat gedib. Saytımızda şirkətin fəaliyyətindəki fəal işlər haqqında materiallar dərc olunub. Qısaca bildirək ki, şirkətin rəhbəri Əfəndi İsmiyev bu yolda düzgün işlər həyata keçirərək dəfələrlə Prezidentin güvəninin qazanmışlar.

Bu şəxs uzun müddətdir ki, Respublikamızda gedən tikinti işlərində uğurla addımlayır . «Bu gün tikinti işləri ilə əlaqədar “EVRASCON” ASC əsas yer tutur. Əfəndi İsmiyevin rəhbərlik etdiyi şirkəti müxtəlif layihələrdə iştirak edir. Və bununla bağlı görülən işlərdə “EVRASCON” ASC həmişə laiqli işlər görərək qalib gəlir. Fəaliyyətdə olduğu sektorlar Tikinti, Təmir və Təkmilləşdirilmə, Binaların yenidən qurulması və təmiri, Xüsusi tikinti avadanlıqları, Tikinti alətləri avadanlıqları və tikinti texnikası, Tikinti layihələri, Yol tikintisi və s. “EVRASCON” ASC Azərbaycanın yeganə çoxprofilli şirkətidir. “EVRASCON” ASC körpülər, avtomobil yolları, tunellər, hidrotexniki və meliorasiya qurğuları, energetika obyektləri, limanların tikintisində, neft sahəsinin tikintiləri, sənaye-mülki tikinti, svay özülləri və dərin özüllərin tikintisi, metal konstruksiyaların istehsalı və quraşdırılması sahəsində ixtisaslaşmışdır.

Azərbaycan bazarında çoxillik təcrübəsini tətbiq etməklə və mülkü və sənaye obyektlərin tikintisi sahəsində aparıcı şirkətlərdən biri olaraq, “EVRASCON” ASC şirkəti işlərin yerinə yetirilməsində istehlakçıların ən yüksək tələblərinə cavab verən daimi keyfiyyətə zəmanət verir və aşağıdakı tapşırıqları yerinə yetirməklə, keyfiyyət sahəsində siyasət aparmağı öz öhdəsinə götürür:

- Şirkətin yüksək və rəqabətə davamlı səviyyədə qalmasını təmin etmək üçün yeni texnologiyaların mənimsənilməsi və tətbiq olunması.
- İşlərin ciddi surətdə peşəkar və dövlət normalarına uyğun şəkildə həyata keçirilməsi.

“EVRASCON” ASC Azərbaycan xalqının həyat səviyyəsini yaxşılaşdırmaq və ölkənin iqtisadi inkişaf yolu ilə irəliləməsinə kömək etmək üçün əlindən gələni edir.


Əfəndi İsmiyev: Azərbaycanda nəqliyyat infrastrukturunun tikintisi sahəsində iri layihələr həyata keçiririkƏfəndi İsmiyev: Azərbaycanda nəqliyyat infrastrukturunun tikintisi sahəsində iri layihələr həyata keçiririkƏfəndi İsmiyev: Azərbaycanda nəqliyyat infrastrukturunun tikintisi sahəsində iri layihələr həyata keçiririk

Oxşar xəbərlər