Raqub Həsənov: Bu gun də avtomobil yolları şəbəkəsinin yeniləşdirilməsi və yenidənqurulması sürətlə davam edir

Raqub Həsənov: Bu gun də avtomobil yolları şəbəkəsinin yeniləşdirilməsi və yenidənqurulması sürətlə davam edir Lənkəran şəhər 7 saylı yol MMC-nin müdiri Raqub Həsənov - Lənkəranda prezident seçkilərində səsvermə çox sakit şəraitdə həyata keçirilib və Lənkəran seçicilərinin konstitusion hüquqlarını reallaşdırmaq üçün bütün standartlara cavab verib.

Ökəmizin hərtərəfli inkişafı, dövlətçiliyimizin möhkəmləndirilməsi və beynəlxalq nüfuzunun artırılması sahəsindəki çoxşaxəli fəaliyyət təkcə bir partiyanın, yaxud hakimiyyətin deyil, əqidəsindən asılı olmayaraq, hər bir kəsin maraq və mənafelərinin qorunmasını təmin edir. Ona görə də 11 aprel seçkilərinin nəticələri hamımızın qələbəsidir. Xüsusi vurğulamaq yerinə düşər ki, Ulu öndər Heydər Əliyevin siyasi memarlığı və qoruyucu ruhu hər zaman vətənimizin başı üzərindədir. Milyonlarla qardaş və bacılarımız 11 aprel 2018-ci il tarixində bir daha milli liderinin irsinə sədaqətini və dönməzliyini nümayiş etdirdi.

Möhtərəm cənab prezident!

Böyük səs çoxluğu ilə qələbə qazanmağınız ondan xəbər verir ki, xalq Sizin rəhbərliyiniz altında sabitliyə və təhlükəsizliyə, həyat səviyyəsinin yüksəldilməsinə, ölkənimizin ərazi bütövlüyünün təmin olunmasına dərin inam bəsləyir. Bir sözlə, Sizin qələbəniz Azərbaycanın dövlət müstəqilliyinin 100 illiyinə ən böyük töhfədir.


Həqiqətəndə Azərbaycan kişisi tarix boyu həmişə öz ağlı və zəkası, ismət və fədakarlıqı, çalışqanlıqı və mərdliyi, vətənpərvərliyi, millətinə, torpağına olan hədsiz məhəbbəti və xalqımızın milli adət-ənənələri, milli xüsusiyyətlərinə sadiqliyi ilə tanınmışdır.

Dövlətimizin hər tərəfli qayğısı ilə əhatə olunan Azərbaycan kişisi milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, elm və təhsil, səhiyyə və mədəniyyət, həmçinin digər sahələrdə qazandıqları uğurlar ilə böyük nüfuz qazanmışlar.

Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən,”xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”.

Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında gözəl, mehriban, bacarıqlı, yüksək biliyə malik olan, öz işinin öhdəsİndən layiqincə gələn Lənkəran şəhər 7 saylı yol MMC-nin müdiri Raqub Həsənovdur.


Lənkəran şəhər 7 saylı yol MMC-nin müdiri Raqub Həsənov - Amerika iqtisadiyyatında ən yaxşı ənənələrin müəllifi kimi tarixə düşən prezident Eyzenhauerin ilk layihələrindən biri "Sürətli yol proqramı" olub. Azərbaycanda da yol-nəqliyyat sektorunun inkişafı ilə bağlı möhtəşəm, bir çox hallarda isə regionda ilk dəfə tətbiq edilən, ən yeni texnologiyalara əsaslanan nəhəng layihələr reallaşır. Bu sahədə icra edilən layihələrə ölkə Prezidenti İlham Əliyev böyük önəm verir. Hər bir yerdə sürətlə yollar, qovşaqlar, tunellər, yol ötürücüləri tikilir, körpülər salınır, mövcud yollar genişləndirilir.

Azərbaycana rəhbərlik etməyə başlayan Heydər Əliyev yeni yolların çəkilmsinə, köhnələrinin bərpa edilməsinə xüsusi diqqət yetirirdi. O dövrdə asfalt yolların ümumi uzunluğu 12,7 min kilometr idisə, Bu gün isə Azərbaycanda aparılan işlər nəticəsində bu rəqəm 20,4 min kilometrə çatdırıldı. "Heydər Əliyev çəkdiyi yollarla Azərbaycanı öz müstəqilliyinə çatdırdı" - deyənlər tamamilə haqlıdırlar.

Bu gün ölkə başçısı İlham Əliyevin apardığı iqtisadi siyasətin nəticəsidir ki, bütün sahələrdə olduğu kimi, yol təsərrüfatında da dinamik inkişaf aydın gözə çarpır. Son 10 il ərzində avtomobil yollarının tikintisində və təmirində istifadə olunan 2822 ədəd müxtəlif təyinatlı vasitələr - yol tikinti maşınları, avadanlıq və qurğular alınıb. O cümlədən, 30-a yaxın asfalt-beton zavod istifadəyə verilib. 2003-2018-ci illər ərzində respublikada tikilən, yenidən qurulan və təmir olunan yolların uzunluğu 6240 kilometrdən artıq olub. 2003-ci ilədək son 100 il ərzində respublikanın avtomobil yollarında tikilmiş körpülərin ümumi uzunluğu isə 40,2 kilometr olmuşdu.

Azərbaycanın inkişafında böyük rolu olan yol tikintisi çox böyük maliyyə vəsaiti tələb edən layihələrdir. Yola qoyulan bu investisiyalar öz iqtisadi səmərəsini, bəlkə, 10 ildən, 15 ildən sonra verəcəkdir. Amma Azərbaycan dövləti üçün əsas hədəf odur ki, ölkəmizin inkişafı təmin olunsun, bütün regionlarda müasir infrastruktur yaradılsın.

Bu gun də avtomobil yolları şəbəkəsinin yeniləşdirilməsi və yenidənqurulması, qəsəbə və kənd əraziləri də daxil olmaqla, yolların, prospektlərin və küçələrin asfaltlaşdırılması, ümumi istifadədə olan ölkə əhəmiyyətli avtomobil yollarının yenidənqurulması, yerli əhəmiyyətli yolların tikintisi, əsaslı təmiri, yeni körpülərin tikintisi üzrə layihələr uğurla həyata keçirilməkdədir.

Oxşar xəbərlər