Azər İsmayılov və Vüsal İsmayılov HAQQINDA JURNALISTLƏRIN AĞLINA NƏ GƏLDI ONU DA QƏLƏMƏ ALIRLAR"

Azər İsmayılov və Vüsal İsmayılov  HAQQINDA JURNALISTLƏRIN AĞLINA NƏ GƏLDI ONU DA QƏLƏMƏ ALIRLAR Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsinin rəisi Azər İsmayılov - Azərbaycanda prezident seçkilərində səsvermə çox sakit şəraitdə həyata keçirilib və Azərbaycan seçicilərinin konstitusion hüquqlarını reallaşdırmaq üçün bütün standartlara cavab verib.

Ökəmizin hərtərəfli inkişafı, dövlətçiliyimizin möhkəmləndirilməsi və beynəlxalq nüfuzunun artırılması sahəsindəki çoxşaxəli fəaliyyət təkcə bir partiyanın, yaxud hakimiyyətin deyil, əqidəsindən asılı olmayaraq, hər bir kəsin maraq və mənafelərinin qorunmasını təmin edir. Ona görə də 11 aprel seçkilərinin nəticələri hamımızın qələbəsidir. Xüsusi vurğulamaq yerinə düşər ki, Ulu öndər Heydər Əliyevin siyasi memarlığı və qoruyucu ruhu hər zaman vətənimizin başı üzərindədir. Milyonlarla qardaş və bacılarımız 11 aprel 2018-ci il tarixində bir daha milli liderinin irsinə sədaqətini və dönməzliyini nümayiş etdirdi.

Möhtərəm cənab prezident!

Böyük səs çoxluğu ilə qələbə qazanmağınız ondan xəbər verir ki, xalq Sizin rəhbərliyiniz altında sabitliyə və təhlükəsizliyə, həyat səviyyəsinin yüksəldilməsinə, ölkənimizin ərazi bütövlüyünün təmin olunmasına dərin inam bəsləyir. Bir sözlə, Sizin qələbəniz Azərbaycanın dövlət müstəqilliyinin 100 illiyinə ən böyük töhfədir.


Ölkəmizdə meliorasiya sahəsində mühüm layihələr reallaşdırılır, yeni infrastruktur obyektləri tikilib istifadəyə verilir. Əsasını ulu öndər Heydər Əliyevin qoyduğu bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkənin su və meliorasiya təsərrüfatının daha da möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Bu da ondan irəli gəlir ki, meliorasiya və su təsərrüfatı həmişə olduğu kimi, bu gün də ölkəmizin iqtisadiyyatında aparıcı rolunu qoruyub saxlayır və bu sahə regionların sosial-iqtisadi inkişafında mühüm əhəmiyyətə malikdir. Meliorasiya və su təsərrüfatının daha da təkmilləşməsi ərzaq təhlükəsizliyinin təmin olunmasında da həlledici rol oynayır.. Mürəkkəb iqlim və ağır torpaq şəraitinə malik respublikamızda kənd təsərrüfatı məhsullarının istehsalı əsasən suvarılan torpaqlarda olduğundan bu torpaqların daimi mühəndisi suvarma və kollektor-drenaj şəbəkələri ilə təchiz edilməsi tələb olunur.

Vüsal İsmayılov dövlətimizə və rəhbərliyə sədaqət nümunəsidir!

Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Vüsal İsmayılovdur.

Vüsal İsmayılovun adı, Respublika ictimaiyyətinə bəlli bir addır. Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə, ziyalılığına, yaradıcılıq qabiliyyətinin göstəricilərinə və.s-yə görə tanıyıb hüsnü-rəğbət bəsləyirlər..

Vüsal İsmayılov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Bu gün də rəhbərliyin sadiq vəzifə sahiblərindən biridir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.


P.S. Bəzi saytlarda gedən "Vergilər nazirliyində sahibkarlara “haqq qoyan“ Vüsal İsmayılovun himayədarı kimdir?" və "Azər İsmayılovu iş yerində tapmaq müşkül məsələdir" başlıqlı yazıları araşdırdıq və bildirir ki, mətbuatdan anlayışı olmayan və şər-böhtanla məşğul olan insanlar düşünmürlər ki, bir şəxs barədə fakta əsaslanmadan yalan və şantaj xarakterli xəbər yazmaq nə dərəcə də düzgündür? Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsinin rəisi Azər İsmayılovun və oğlu Vüsal İsmayılovun nüfuzuna xələl gətirməyə çalışan, şəxsi həyatına müdaxilə edən və fakta əsaslanmadan şantaj xarakterli məlumatlar yazan bu saytların çirkin əməlləri niyə ifşa edilmir? Araşdırma zamanı məlum olub ki, həmin saytlar bəzi vəzifəli adamların sifarişi ilə tənqidi yazılar hazırlayaraq Azər İsmayılovu nüfuzdan salmağa çalışırlar.

Demək belə, yeni-yeni fəaliyyətə başlayan bəzi saytlar Vüsal İsmayılova rəml atmaq istəyir. Kimin vasitəsilə, o da bizə yaxşı məlumdur. Saytların rəhbərləri kimə xidmət etdiyi, kimin sifarişini yerinə yetirdiyi, ədalətli iş adamlarına, icra strukturlarının rəhbərlərinə tor qurmaq üçün kimlərlə iş birliyinə getməsi də diqqətimizdən kənarda deyil.

Vüsal İsmayılov barədə rəhbərlikdən heç bir etiraz yoxdur.

Əlinə qələm alan, sayt açan, jurnalist adını daşıyan hər bir kəs bilməlidir ki, Haqq yolunu azmaqla haqqa çatmaq olmaz.

Amma həmin yazıları hazırlayan insanlar düşünməlidilər ki, uzun illər dövlətçiliyə sədaqətlə xidmət edən Azər İsmayılovu şantaj yolu ilə ləkələyib gözdən sala bilməyəcəklər.

Oxşar xəbərlər