Bakı sakini Nərmin Aqil marketdən aldığı yumurtanı bişirmək istəyən zaman qeyri-adi mənzərə ilə qarşılaşıb.
Minval.İnfo xəbər verir ki, o, kənd yumurtası adı ilə aldığı yumurtanı sındıran zaman içindən plastikə bənzər, cırılmayan maddə çıxıb. Oxşar yumurtalar barəsində yerli və xarici mediada dəfələrlə yazılar dərc edilib.
Çində istehsal olunan bu saxta yumurtalar insan sağlamlığı üçün təhlükədir. Bir zamanlar nazirlik bu yumurtanın Azərbaycan bazarında satılmadığını desə də, görünür vəziyyət dəyişib.