"Ermənistanda proseslər yığılır, uzun müddət davam edən özbaşınalıqlar özünü etiraz aksiyaları ilə büruzə verir”.
Bunu "Sherg.az”a İrəvanda baş qaldıran etirazların səbəbləri haqqında danışarkən millət vəkili, siaysi elmlər doktoru Elman Nəsirov söyləyib.
Onun sözlərinə görə, Ermənistan sistemli şəkildə böhran yaşayır:
"Düşmən cəmiyyətdə həm siyasi, həm iqtisadi, həm də hərbi gərginlik müşahidə olunmaqdadır. Hazırda siyasi böhranın pik nöqtəsinə çatdığının şahidi oluruq. Serj Sarkisyan hakimiyyəti öz əlində saxlamaq üçün müxtəlif üsullara əl atır. Etirazların səbəbi də erməni xalqının keçmiş prezidenti baş nazir kürsüsündə görmək istəməməsidir. Ermənilərin etirazlarının səbəbi anlaşılandır. Çünki 10 il müddətində bu şəxsin prezidentliyi ölkə üçün yaxşı heç nə vəd etmədi. Əksinə ölkənin hansı bərbad vəziyyətə çatdığını, erməni əhalisinin dilənçi kimi yaşadığını görürlər.
Serj Sarkisyanın prezidentlik müddətində Ermənistanın "uğurları” iqtisadi tənəzzül, ölkənin beynəlxalq layihələrdən təcrid olunması, ermənilərin ölkədən çıxıb getməsi, əhalinin yoxsulluq səviyyəsinin pik vəziyyətə çatmasıdır”.
10 il bundan əvvəl Ermənistanın xarici borcunun iki milyard dollar olduğunu xatırladan E. Nəsirov qeyd edib ki, Sarkisyanın prezidentliyi dövründə bu borc 7 milyard dollara çatıb:
"Bu qədər borcun ödənişi isə erməni xalqının üzərinə düşür. Əhalinin sabaha ümidi qalmayıb. Serj Sarkisyan ölkəni baş nazir statusunda idarə edəcək. Bu o deməkdir ki, xalqın vəziyyəti pisləşəcək, ölkənin böhranı dərinləşəcək, tənəzzül prosesi daha da güclənəcək. Xalq artıq əziyyət çəkmək istəmir.
Etirazlar dərinləşərsə, Sarkisyan 2008-ci ildə olduğu kimi öz xalqını gülləbaran edə bilər. Bu, baş verərsə, Ermənistanı ciddi fəlakət gözləyir”.
Qeyd edək ki, İrəvanda müxalifət fəalları mərkəzi küçələri bağlayırlar. Məlumata görə, müxalifətçilərlə sürücülər arasında ara-sıra münaqişələr yaşansa da, toqquşmalar müşahidə olunmur. "Mülki Müqavilə” partiyasının lideri Nikola Paşinyanın qeyd edib ki, təmsil etdiyi qurum vəziyyətə nəzarət etmir, fəallar sərbəst olaraq hərəkət edir.