“Serj Sarkisyanın BMT-dəki çıxışı onun həyasızlığını, abırsızlığını göstərdi. Belə fikirləşirəm ki, o çıxış onun öz beyninin məhsulu deyil”.
“Report”un xəbərinə görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənov “İlham Əliyev bizi Cocuq Mərcanlıya qaytardı” kitabının və “Böyük qayııdın başlanğıcı-Cocuq Mərcanlı” filminin təqdimat mərasimində Ermənistan prezidenti Serj Sarkisyanın BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışına münasibət bildirərkən deyib.
O qeyd edib ki, Sarkisyan bu çıxışla özünü biabır edib: “Necə ola bilər ki, sən bir ölkənin torpaqlarını işğal edirsən, insanları məcburi edirsən, sonra da bu cür çıxış edirsən?! Bu, tərbiyəsizlikdir. Çıxışı zamanı da əzilib-büzülürdü – günahkar insanlar belə edir. Əksinə, Prezident İlham Əliyev isə qətiyyətli çıxış etdi”.
Ə.Həsənov vurğulayıb ki, Ermənistan prezidenti cinayətkardır.