WhatsApp smaylikləri ləğv edəcək?

WhatsApp smaylikləri ləğv edəcək? 1 milyarddan artıq aktiv istifadəçisi olan WhatsApp yenilikləri ilə hamını təəccübləndirməyə davam edir.
AZTB.info xəbər verir ki, SMS dövrünə son qoyan mesajlaşma platforması bu dəfə smayliklərdən bezən istifadəçiləri sevindirməyi planlaşdırır.

Beta versiyada nəzərdə tutulan imkanlar istifadəyə verildikdə smayliklərin əvəzinə stikerlər istifadə olunacaq. Hələ ki test mərhələsində olan bu xüsusiyyət 6 ədəd stikerlə istifadəçilərin qarşısına çıxacaq.
Pulsuz istifadəyə veriləcək bu stikerlər daha əyləncəli mesajlaşmaq imkanı verəcək. Bu xüsusiyyət test mərhələsində olduğundan nə zaman təqdim ediləcəyi hələ ki, bilinmir. Stiker paketlərinin isə istifadəçilər tərəfindən necə qarşılanacağı maraqla gözlənilir.

Oxşar xəbərlər