Dünyanın ən geniş yayılmış ani mesajlaşma xidməti olan "WhatsApp" ödənişli olacaq
Aztb.info İstipress-ə istinadən xəbər verir ki, "WhatsApp" şirkət hesablarını ödənişli edəcək yenilik üzərində çalışır.
"WhatsApp"ın əməliyyat direktoru Matt Idema iş adamları, qurumlar üçün yaratdıqları əlavə xidmətlərə görə ödəniş alacaqlarını açıqlayıb. İdema ödənişli xidmətə nələrin daxil olduğunu və zaman rəsmən xidmətə başlayacağını açıqlamayıb: "Detallar hələlik təsdiqlənməyib".
Test edilən yenilik böyük şirkətlərə məxsus olan hesablarla daha rahat əlaqə qurmaq üçün yaradılıb. "WhatsApp"ın öz bloqundakı açıqlamada belə yazılıb: "Kiçik şirkətlər üçün pulsuz olan "WhatsApp Business" tətbiqinə əlavə ediləcək yeni xidmətlər test mərhələsindədir".
"Facebook" 2014-cü ildə hazırda istifadəçi sayı 1 milyardı ötən "WhatsApp"ı 22 milyard dollara satın alıb. Yaxın günlərdə bu xidmət hesabların rəsmi olduğunu sübut edən yaşıl işarə özəlliyini əlavə etmişdi.