Şəki rayonunda polis əməkdaşının intihara cəhd etməsinin bəzi təfərrüatları məlum olub.
Trend məlumatına görə, intihara cəhd edən Elgün Rəsulov ailə üzvləri ilə mübahisə edəndən sonra bu addımı atıb.
Məlumata görə, polis əməkdaşının ailəsində həmin gün ailədə söz-söhbət olub və E.Rəsulov evi tərk edib. Daha sonra o, intihar etmək məqsədilə essensiya (sirkə) turşusu içib. Yaxınlarının köməkliyi ilə əvvəlcə Şəki şəhər Mərkəzi Xəstəxanasına, oradan isə Bakıya - Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə gətirilib.
Şöbə müdiri Azər Maqsudovun verdiyi son məlumata görə, intihara cəhd edən E.Rəsulovun vəziyyəti ağır olsa da, stabilləşməyə başlayıb: "Səhhəti tam normal deyil. Müalicə olunur, vəziyyəti nisbətən stabilləşməyə başlayıb".
Xatırladaq ki, yanvarın 24-də şəhərin M.F.Axundov küçəsi, 3 ünvanında yaşayan, Şəki şəhər Polis Şöbəsinin əməkdaşı, 1987-ci il təvəllüdlü Elgün Nazim oğlu Rəsulov yüksək miqdarda essensiya (sirkə) turşusu içib.