Bərdədə baş verən ana ölümü ilə bağlı cinayət işi başlandı

Bərdədə baş verən ana ölümü ilə bağlı cinayət işi başlandı Bərdə rayonunda baş verən ana ölümü ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə "Ölkə.Az"a Prokurorluqdan məlumat verilib.
Məlumatda bildirilir ki, baş vermiş ölüm hadisəsi ilə bağlı Prokurorluqda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Qeyd edək ki, dekabrın 19-da Bərdə rayonu, Həsənqaya kənd sakini, 1986-cı il təvəllüdlü Əliyeva Könül Kamil qızı Bərdə Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində doğuş zamanı ölüb.

Oxşar xəbərlər