Son illər "Eşkiya dünyaya hükümdar olmaz" serialı ilə milyonların sevgisini qazanan Oktay Kaynarcanın acılarla dolu həyat hekayəsi var.
"Ölkə.Az" xəbər verir ki, Oktayın heç kəs tərəfindən bilinməyən bir həyatı olub. Aktyor sirr kimi saxladığı həyat hekayəsini oxucularımıza təqdim edirik.
Aktyor əsasən "Kurtlar Vadisi" serialındakı Süleyman Çakır obrazı ilə məşhurlaşmışdı. Obraz o qədər sevilmişdi ki, hətta serialda Süleyman Çakır öləndə Türkiyədə məscidlərdə cənazə namazı qılınıb, yas saxlanılmışdı.
2009-cu ildə Oktayın atası Adil Kaynarca vəfat edib. Bu vaxt türk mətbuatı "məşhur aktyorun atası vəfat etdi"- başlıqlı yazılar yazmışdı. Çünki hamı Adili Oktayın atası bilirdi.
Amma Adil Kaynarcanın ölümü ilə aktyorun 30 ildən çox sirr kimi saxladığı həqiqət ortaya çıxdı. Adil Kaynarca əslində Oktayın əmisidir.
Kaynarca uşaqlıq dövrünü anası və atası ilə Berlində keçirib. İstanbulda yaşayan əmisi isə arvadını istirahət üçün Almaniyaya, qardaşının yanına göndərirdi. Adil arvadını təyyarəyə mindirir, Oktayın atası Özkan isə hava limanında qadını qarşılayırdı.
Hava limanında qardaşı arvadını qarşılayan Özkan geri qayıdanda avtomobil qəzasına düşüb. Bu qəzada Oktayın atası və əmisi arvadı həlak olur. O dövrdə Oktayın cəmi 5 yaşı olub.
Ailəni yasa boğan bu hadisədən sonra böyüklərin qərarı ilə Oktayın anası Nursel əmisi Adil ilə evləndirilib. Oktay uzun illər Adili atası zənn edib, sirri öyrəndikdən sonra isə reallığı qəbul edib.
Adil Kaynarca dünyasını dəyişəndə isə Oktay "həm atamı, həm əmimi itirdim"-demişdi.